0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1,5 kq Kələm
5 ədəd Kök
1 ədəd İri Çuğundur
15-20 diş Sarımsaq
4 ədəd Acı Bibər
1 dəstə Petruşka
1 dəstə Şüyüd
6 ədəd Dəfnə Yarpağı
3 dolu xörək qaşığı Duz siz istəyə görə biraz çox istifadə edə bilərsiz

Kələm Turşusu

  • 1 saat
  • Porsiya 3
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Porsiya – 3-lik balon

Hazırlanması

1
Hazırdır

Kələm doğranıb yuyulur.

2
Hazırdır

Kök və çuğundur yuyulub sürtgəcin iri gözündən keçirilir.

3
Hazırdır

Sarımsaq yuyulub xırda-xırda doğranır.

4
Hazırdır

Petruşka və şüyüd yuyulub normal böyüklükdə doğranır.

5
Hazırdır

Daha sonra ərzaqlar qarışıq halda qazana doldurulur və 3 gün gözlədilir. Hər gün isə 1 dəfə qarışdırılır.

6
Hazırdır

2-3 gündən sonra dadına baxılır. Dadı biraz duzlu olmalıdır. Əgər duzlu deyilsə kələm əziləcək. Ona görə duzlu olmasa duz əlavə olunur və balona doldurulub qapağı bağlanır.

7
Hazırdır

21 gün qaranlıq və sərin bir yerdə balonda qaldıqdan sonra hazır olur (arada duzuna baxmaq lazımdır, əgər duzu az olsa əlavə edilməlidir)

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

tavada goy qutabi
əvvəlki
Tavada Göy Qutabı (Göy Kətəsi)
makaron
sonrakı
Makaron
tavada goy qutabi
əvvəlki
Tavada Göy Qutabı (Göy Kətəsi)
makaron
sonrakı
Makaron

2 Şərh Göstər / Bağla

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil