0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 stəkan Şəkər Tozu
1 stəkan Qovrulmuş Günəbaxan
1/2 stəkan Küncüt istəyə görə
1 xörək qaşığı Bal istəyə görə
2 xörək qaşığı Su istəyə görə
1 xörək qaşığı Limon Suyu Və Ya Sirkə istəyə görə (sirkənin iyisi qalmayacaq, narahat olmayın)

Kozinaki

  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Kozinakinin əsas ərzaqları şəkər tozu və qovrulmuş günəbaxandır. Qalan ərzaqlar istəyə görədir, olarsa, daha dadlı olar. Əslində çox tez (cəmi 15 dəqiqəyə) və çox asan hazırlanan şirniyyatdır. Sadəcə çox cəld hazırlamaq vacibdir. Biraz ləng davransaz, artıq istədiyiniz kimi alınmayacaq. Çünki ərimiş şəkər tozu cəmi 3-5 dəqiqəyə çox bərkiyir və şəkil vermək, yaxud kəsmək mümkün olmur. Bu 3-5 dəqiqə ərzində həm günəbaxanı içinə qatmalısınız, həm çox yaxşı şəkildə qarışdırmalısınız, həm kağızın üzərinə töküb biraz şəkil verməlisiniz, həm də üzərinə bıçaqla izlər qoymalısınız. Ona görə də ən sona şəkər tozunu əritməyi saxlayın. Ondan öncə günəbaxanlarınız qovrulmuş günəbaxan deyilsə, qovurub hazır qoyun, 2 ədəd kağızınızı da duru yağla yağlayıb hazır qoyun ki, onlara vaxt sərf etməli olmayasınız.

Porsiya4 ədəd şəkildəki uzunluqda dilim

Qeyd 1: şəkər tozunu tək əridəndə alınan karameli tutdurmaq biraz çətin olur, yəni, tünd olur. Tünd olduqda isə şirniyyatda biraz acılıq ola bilir. Ona görə də şəkər tozuna biraz su və limon suyu əlavə edilməyi məsləhətdir.

Qeyd 2: bal əlavə etsəniz daha dadlı olar. Hətta şəkər tozu əvəzinə sadəcə bal ilə hazırlayanlar da var. Bunun üçün 150 qram bal və 180 qram günəbaxan lazımdır. Sadəcə bal ilə hazırlanan Kozinakilərdə tez bərkimək problemi də olmur. Hətta hazır olduqda 30 dəqiqə soyuducuda saxlanılır ki, bərkisin.

Qeyd 3: mən günəbaxanı marketdən təmizləmiş şəkildə aldım, ancaq qovrulmamışdı, özüm qovurdum. Əgər siz də özünüz qovursaz, normal odda qovurun, ehtiyyatlı olun yanmasın. Məndə 10 dəqiqəyə qovruldu. Qovrulduğunu hiss edən kimi tavadan başqa bir qaba boşaldın ki, tavanın istisinə yanmasın. Çünki bu şirniyyatda hər şeydən öncə günəbaxanın dadlı olmağıdır.

 

Hazırlanması

1
Hazırdır

Şəkər tozu, bal, su və limon suyu bir tavada, normal odda, taxta qaşıqla qarışdıraraq əridilir. (Güclü odda qoymayın.)

2
Hazırdır

Əriyən kimi ocağın üzərindən alınıb tez günəbaxanla küncüt əlavə edilir və yaxşıca qarışdırılır.

3
Hazırdır

Tam yaxşı qarışdığına əmin olduqda ya]lanmış kağızın üzərinə tökülür, qaşıqla biraz yastılanır, digər yağlı kağızın yağlı hissəsi üzərinə örtülür və oxlovla biraz daha yastılanır.

4
Hazırdır

Sonda isə kağız götürüb bıçaqla istənilən formada iz qoyulur (istəsəz, tam kəsə də bilərsiniz) və daha sonra altındakı kağızdan aralanır. (Kağızın tez aralamasaz, kağız şirniyyata yapışacaq.)

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

gobelek dolmasi
əvvəlki
Tərəvəzli Göbələk Dolması
yumurtali gobelek
sonrakı
Yumurtalı Göbələk
gobelek dolmasi
əvvəlki
Tərəvəzli Göbələk Dolması
yumurtali gobelek
sonrakı
Yumurtalı Göbələk

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here