Ərzaqlar
- 250 qram Spagetti1 paket
- 2 lt Su
- 1 xörək qaşığı Duz
Sousu üçün
- 5-6 xörək qaşığı Əridilmiş Kərə Yağı
- 6-7 ədəd Pomidorxırda doğranmış
- Duz
- Qırmızı İstiot
- Sarıkök
Məlumat
Spagetti – nazik, uzun makaron növüdür. İtaliya mətbəxi yeməyidir. Çox qısa vaxtda və asanlıqla hazırlanır.
Porsiya – 2 nəfərlik
Hazırlanması
1 Hazırdır | Spagettini Bişirmək ÜçünSu qaynadılır. |
2 Hazırdır 40-45 saniyə | Qaynamağa başladıqda duz, sonra isə spagetti əlavə edilib 40-45 saniyə qarışdırılır (daha sonra isə bişənədək hər 3 dəqiqədən bir qarışdırılır) |
3 Hazırdır | Sousunu Hazırlamaq ÜçünSousunu hazırlamaq üçün yağ isidilir. |
4 Hazırdır | Sonra pomidor əlavə edilib suyunu biraz çəkənədək bişirilir. |
5 Hazırdır 4-5 dəqiqə | Hazır olmağına 4-5 dəqiqə qalmış isə duz, istiot və sarıkök əlavə edilib qarışdırılır. |
6 Hazırdır | Nuş olsun... :) |











4 Şərh Göstər / Bağla
bayildim dadi mohtesem idi
cox sagolun
Salam.
Əllərinizə sağlıq, nuş olsun. Siz də sağ olun 🙂
Sağol hazırlayacam
Siz də sağ olun, inşaAllah.