0 0
Şokoladlı Muhallebi

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Muhallebisi Üçün
0,5 lt Süd
1/2 stəkan Şəkər Tozu
2 xörək qaşığı Nişasta
1 paket Vanil
Şokolad Sousu Üçün
1/2 stəkan Süd
1/2 stəkan Su
3 xörək qaşığı Şəkər Tozu
3/4 xörək qaşığı Kakao
3/4 xörək qaşığı Nişasta
40 qram Şokolad
10 qram Kərə Yağı
Bəzəmək Üçün
1/2 stəkan Qoz Ləpəsi

Şokoladlı Muhallebi

Tərkibi:
    • 30 dəqiqə
    • Porsiya 2
    • Orta

    Ərzaqlar

    • Muhallebisi Üçün

    • Şokolad Sousu Üçün

    • Bəzəmək Üçün

    Məlumat

    Paylaş

    Porsiya – 2 kasa

    Qeyd: muhallebinin də, şokoladın da üzünün qaymaqlanmağını istəmirsizsə, biraz ocağın üzərindən götürdükdən sonra otaq istiliyinə gələnədək (təxminən 15 dəqiqə) ara-ara qarışdırmaq lazımdır.

    Hazırlanması

    1
    Hazırdır

    Muhallebisini Üçün

    Muhallebisi üçün 1/2 stəkan süd və nişasta bir nəlbəkidə qarışdırılır.

    2
    Hazırdır

    Sonra qalan süd, şəkər tozu və vanil qazanda ocağın üzərinə bişməyə qoyulur (qarışdıra-qardıra)

    3
    Hazırdır
    4-5 dəqiqə

    Qaynamağa başladıqda nəlbəkidəki nişastalı süd əlavə edilir və qarışdırmağa ara vermədən qatılaşanadək bişirilir (əgər bişdikdən sonra içində topalar qalmış olsa, ocağın üzərindən götürdükdən sonra mikserlə çala bilərsiz)

    4
    Hazırdır

    Şokolad Sousunu Üçün

    Şokolad sousunu hazırlamaq üçün isə pletka şokolad və kərə yağı xaric, ərzaqların hamısı bir qabda qarışdırılır və ocağın üzərində, orta odda bişməyə qoyulur.

    5
    Hazırdır

    Qaynamağa başladıqda pletka şokolad əlavə edilir və qarışdırmağa ara vermədən biraz qatılaşanadək bişirilir.

    6
    Hazırdır

    Qatılaşdıqda isə ocağın üzərindən götürülüb kərə yağı əlavə edilir.

    7
    Hazırdır

    Bəzəmək Üçün

    Daha sonra qoz ləpəsi xırdalanıb hazır qoyulur.

    8
    Hazırdır
    2-3 saat

    Muhallebi və şokolad sousu bərkiməyi üçün soyuducuda 2-3 saat gözlədilir, bərkidikdən sonra 2 ədəd kasa götürülür və istəyə görə bəzədilərək kasalara doldurulur (mən əvvəlcə muhallebini tökdüm, araya biraz qoz səpdim, sonra şokolad sousu əlavə etdim və sonda yenə üzərinə qoz tökdüm)

    9
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    sebzi qovurmali plov 4
    əvvəlki
    Səbzi Qovurmalı Plov
    lobyali plov 4
    sonrakı
    Lobyalı, Qozlu Plov
    sebzi qovurmali plov 4
    əvvəlki
    Səbzi Qovurmalı Plov
    lobyali plov 4
    sonrakı
    Lobyalı, Qozlu Plov

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil

    Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here