0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Resept 1
18 ədəd Xurma
30 ədəd Badam
1 desert qaşığı Kakao
Kakos istəyə görə
Resept 2
12 ədəd Xurma
10 ədəd Qoz
10 ədəd Fındıq
1 desert qaşığı Kakao
2 ədəd Dietik İri Peçenye
1 desert qaşığı Süd
Kakos istəyə görə

Xurmalı Şirniyyat

  • 20-25 dəqiqə
  • Porsiya 12
  • Asan

Ərzaqlar

  • Resept 1

  • Resept 2

Məlumat

Paylaş

Baxmayaraq ki, ilin hər vaxtı xurma yeyirəm, yenə də xurma mənə Ramazanı xatırladır. Artıq Ramazana çox az qaldı, xurmalı reseptlər paylaşmaq istəyirəm. Dietik xurmalı şirniyyatın hazırlanması olduqca asandır və ən əsası isə dietik şirniyyat olduğu üçün dieta saxlayanlar və şəkər xəstələri rahatlıqla yeyə bilərlər. Bu paylaşımda 2 cür resept yazmışam. İkinci reseptdə birincidən fəqli olaraq dietik qurabiyə var. Ona görə də ikinci resept daha tutumludur və mənə görə daha dadlı olandır. Evdə bişirilmiş qurabiyə də ola bilər, hazır alınmış da ola bilər.

Porsiya12 ədəd

Qeydlər:

  1. Reseptin birində badam, digərində isə qoz/fındıq yazmağıma baxmayaraq, siz hər ikisində hansını daha çox sevirsinizsə, onu istifadə edə bilərsiz.
  2. Əgər xurmalar yumuşaq deyilsə, əvvəlcə biraz suda gözlədilir.

Hazırlanması

1
Hazırdır

Xurmaların çəyirdəyi çıxardılır. 2-ci resept ilə hazırlanacaqsa, qoz və fındığın qabığı təmizlənir. Bütün ərzaqlar birlikdə blendrda çəkilir.

2
Hazırdır

Sonra isə qoz böyüklükdə hissələrə ayrılıb yumrulanır.

3
Hazırdır

İstəyə görə hər tərəfi kakosa batırılır.

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

yumurtali gobelek
əvvəlki
Yumurtalı Göbələk
burger uzaqdan
sonrakı
Burger
yumurtali gobelek
əvvəlki
Yumurtalı Göbələk
burger uzaqdan
sonrakı
Burger

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil