0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
3 lt Su
1-1,5 xörək qaşığı Duz
0,5 kq Uzun Düyü
Qarğıdalı balaca bankada
Yaşıl Noxud balaca bankada
1 ədəd İri Kök
2 ədəd Kartof
6-8 xörək qaşığı Əridilmiş Kərə Yağı

Yaşıl Noxudlu Plov

Rəngarəng görünüşlü bir plov...

  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Yaşıl noxudlu plov çox bilinməyən bir plov növüdür. İçərisinə yaşıl noxud, kök, qarğıdalı qatılmağı ilə və qazmaq yerinə kartof qızardılmağı ilə digər plovlardan fərqlənir. Mənə görə isə ən gözəl dadı verən qarğıdalısıdır. 🙂 Başqa plovlardan digər fərqliliyi isə rəngarəng görünüşüdür; hansı ki, süfrənizi bəzəkli göstərəcək. 🙂

Porsiya4 nəfərlik

Hazırlanması

1
Hazırdır

Düyünü Bişirmək Üçün

Su qaynadılır.

2
Hazırdır

Qaynamağa başladıqda duz əlavə edilir.

3
Hazırdır

Sonra düyü, biraz sonra isə kök əlavə edilib yumşalanadək bişirilir. (Düyü tam bişməsin, çünki dəmdə də bişəcək.)

4
Hazırdır
2-3 dəqiqə

Suyunu süzməmişdən 2-3 dəqiqə öncə qarğıdalı və yaşıl noxud əlavə edilib sonra süzülür.

5
Hazırdır

Dəmə Qoymaq Üçün

Daha sonra qazana 2-3 xörək qaşığı əridilmiş kərə yağı əlavə edilib qızdırılır və yumru doğranmış kartoflar biraz duzlanıb qazanın dibinə 1 qat lay şəklində düzülür. (Kartofun nə qədər çox qızarmağını istəsəz, düyünü o qədər gec əlavə edin ki, əvvəlcə yaxşı qızarsın. Mən çox qızartmadım.)

6
Hazırdır

Sonra süzülmüş düyünün yarısı kartofun üstünə əlavə edilib üzərinə 2 xörək qaşığı əridilmiş kərə yağı gəzdirilir. Daha sonra isə düyünün qalan yarısı əlavə edilib üzərinə 2 xörək qaşığı əridilmiş kərə yağı gəzdirilir.

7
Hazırdır
20-25 dəqiqə

Sonda isə qazanın ağzına süfrə salınıb dəmə qoyulur, 20-25 dəmdə qalır. (Arada 10 dəqiqə dəmdə qaldıqdan sonra üzərinə biraz daha kərə yağı gəzdirilir.)

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sahmat tortu
əvvəlki
Şahmat Tortu
sultan kababi
sonrakı
Sultan Kababı
sahmat tortu
əvvəlki
Şahmat Tortu
sultan kababi
sonrakı
Sultan Kababı

4 Şərh Göstər / Bağla

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here