0 0
Almalı Keks (Sousu Özündən)

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 stəkan Duru Yağ
1 stəkan Qatıq
1 stəkan Şəkər Tozu
1 paket Vanil
3 ədəd Yumurta
2 stəkan Un
1 paket Qabartma tozu
2 ədəd Alma
Qoz Qırıqları

Almalı Keks (Sousu Özündən)

  • 1 saat
  • Porsiya 1
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Reseptin adında da qeyd etdiyim kimi, bu almalı keksin üzərinə tökülən sous özündəndir. Yəni, keksin xəmirini hazırlayarkən əvvəlcə duru yağ, qatıq, şəkər tozu və vanili birlikdə mikserlə çalırıq və bir qismini sonda sous kimi istifadə etmək üçün ayırırıq.

Keksin diametri 25 sm

Hazırlanması

1
Hazırdır
2 dəqiqə

Duru yağ, qatıq, şəkər tozu və vanili mikserlə təxminən 2 dəqiqə çalırıq.

2
Hazırdır

Alınan qarışımdan 3/4 stəkan ayırıb soyuducuya qoyuruq.

3
Hazırdır
2-3 dəqiqə

Qalan qarışıma yumurtaları əlavə edib mikserlə 2-3 dəqiqə daha çalırıq.

4
Hazırdır
1-2 dəqiqə

Sonra un və qabartma tozunu əlavə edib ərzaqlar tamamilə qarışanadək (təxminən 1-2 dəqiqə daha) çalırıq.

5
Hazırdır

Daha sonra soyub incə doğradığımız alma dilimlərini keksin üzərinə səliqəli düzürük.

6
Hazırdır
180° C

Sonda isə üzərinə qoz qırıqları (istəyə görə fındıq və ya başqa çərəz də ola bilər) səpib əvvəlcədən isidilmiş 180° C sobada bişməyə qoyuruq. İçi bişib üstü azacıq qızaranadək (təxminən 40 dəqiqə) nəzarət edərək bişiririk.

7
Hazırdır
10-15 dəqiqə

Sobadan çıxardıqdan 10-15 dəqiqə sonra ayırdığımız sousu üzərinə gəzdirib fırça ilə hər tərəfinə yayırıq.

8
Hazırdır
2-3 saat

2-3 saat qaldıqdan sonra servis edə bilərik.

9
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sobada-kufte
əvvəlki
Sobada Küftə
toyuqlu-terevezli-raqu
sonrakı
Toyuqlu, Tərəvəzli Raqu
sobada-kufte
əvvəlki
Sobada Küftə
toyuqlu-terevezli-raqu
sonrakı
Toyuqlu, Tərəvəzli Raqu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here