0 0
Bol Souslu Spagetti

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
2 ədəd Soğan
2 diş Sarımsaq
1 xörək qaşığı Pomidor Tomatı
1 xörək qaşığı Şirin Ketçup
1 xörək qaşığı Acı Ketçup
3-4 ədəd Şirin Bibər
3 ədəd İri Pomidor
1 paket Vermeşil 500 qram
Əridilmiş Kərə Yağı
1 stəkan Qaynar Su lazım olarsa yenə əlavə edirik
Duz

Bol Souslu Spagetti

  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Bol souslu Spagetti 🍝🍝🍝🍅🍅🍅 Bu reseptdə spagettini ayrı, sosusu ayrı yox, ikisini qatıb birlikdə bişirdiyimizə görə dadları bir-birinə tam hopur və çox dadlı olur. Sousu görmək üçün şəkili çevirin.

🍅 Porsiya4 nəfərlik

Hazırlanması

1
Hazırdır

Sousu Hazırlamaq Üçün

Soğanı və sarımsağı kiçik-kiçik doğrayıb iri bir tavada, qızdırılmış yağda rəngi dəyişənədək qovururuq.

2
Hazırdır
2-3 dəqiqə

Tomat və ketçupları əlavə edib 2-3 dəqiqə daha qovururuq.

3
Hazırdır
5-6 dəqiqə

Xırda doğranmış bibəri əlavə edib 5-6 dəqiqə qovururuq.

4
Hazırdır

Pomidoru xırda doğrayıb əlavə edirik və suyunu atıb pomidorlar tamami ilə əriyənədək ağzı qapalı bişiririk (arada qarışdırırıq)

5
Hazırdır

Vermeşili Bişirmək Üçün

Ayrı bir qazanda bişirib suyunu süzdüyümüz vermeşili sousun üzərinə əlavə edirik (vermeşili suda tam bişirməyin, azacıq bərk qalsın ki, sousla birlikdə də bişərkən əzilməsin).

6
Hazırdır

Sonda

Birazcıq qaynar su əlavə edirik və duz səpib sousla birlikdə biraz daha bişiririk. Yaxşıca qarışdırırıq ki, sousla bir-birinə tam qarışsın. Bu mərhələdə tez-tez qarışdırıb nəzarət etmək lazımdır.

7
Hazırdır

Nuş olsun...

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Qlemondra
sonrakı
Kakoslu Peçenye
əvvəlki
Qlemondra
sonrakı
Kakoslu Peçenye

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil