Ərzaqlar
- 2 ədəd İri Yumurta
- 1/2 stəkan Şəkər Tozu
- 3 stəkan Kakos280 qram
- 1 paket Vanil
- 1 paket Qabartma tozu
Məlumat
Sadəcə 3 ərzaqla (yumurta/şəkər tozu/kakos) hazırlanan bu peçenyeni sadəcə 5 dəqiqədə hazırlayıb 25 dəqiqədə isə sobada bişirik. Ümümilikdə, sadəcə 30 dəqiqədə hazır olur və olduqca əziyyətsizdir. Kakos sevənlərin favori şirniyyatı ola bilər 🥥
🍪 Porsiya – 23-24 ədəd (şəkildəki böyüklükdə)
Hazırlanması
1 Hazırdır 3-4 dəqiqə | Yumurta və şəkər tozunu mikserle 3-4 dəqiqə çalırıq. |
2 Hazırdır 5-10 saniyə | Vanil və qabartma tozu əlavə edib 5-10 saniyə daha çalırıq. |
3 Hazırdır | Kakosun hamısını əlavə edib qaşıqla altdan yuxarı doğru yaxşıca qarışdırırıq. |
4 Hazırdır | Qoz böyüklükdə parçalara ayırıb ovcumuzda yumrulayırıq və yağlı kağız sərilmiş listə düzürük. |
5 Hazırdır 20-25 dəqiqə, 180° C | 180° C sobada təxminən 20-25 dəqiqə (üstü qızaranadək) bişiririk. |
6 Hazırdır | Nuş olsun... |










