Ərzaqlar
- 1,5 lt Ət Suyu
- 1 ədəd Soğan
- 250 qram Brokoli
- 1/2 stəkan Qırmızı Mərcimək
- Soyutma Ət
- Duz
- İstiot
- 1 ədəd Yumurta
- 1/2 stəkan Süd
Məlumat
Həm az ərzaq ilə, həm qısa müddətdə, həm də çox sadə hazırlanan Brokoli şorbası olduqca faydalıdır. Çünki brokolinin faydaları saymaqla bitməz. İstəyə görə ətli və ya ətsiz bişirilə bilər. Və yenə istəyə görə toyuq və ya mal əti ilə bişirmək olar. Əgər pəhriz saxlamırsınızsa, soğança ilə də hazırlaya bilərsiniz. Sonda (6-cı addımlarda) qeyd etdiyim yumurtalı südü əlavə etmək isə şərt deyil. Soğançasız, ətsiz, və hətta yumurtalı südsüz belə olduqca dadlıdır.
Porsiya – 3-4 nəfərlik
Hazırlanması
1 Hazırdır | Ət suyunun içərisinə 4 yerə bölünmüş soğan əlavə edilib qaynadılır. |
2 Hazırdır | Qaynamağa başladıqda yuyulmuş mərcimək əlavə edilir. |
3 Hazırdır | Mərcimək bişənədək brokoli yuyulur, qalın saplaqları kəsilib ayrılır (yeməyə əlavə edilməyəcək), baş hissəsi isə istənilən böyüklükdə (mən iri sevirəm) doğranıb hazır qoyulur. |
4 Hazırdır 5 dəqiqə | Mərcimək tam yumşaldıqda brokoli əlavə edilib 5 dəqiqə daha bişirilir. |
5 Hazırdır | İstəyə görə qiymələnmiş ət əlavə edilib qarışdırılır. |
6 Hazırdır | Sonda isə bir kasada yumurta və süd birlikdə çalınlıb şorbaya əlavə edilir. (Əlavə etmədən öncə qaynar şorbadan içərisinə 1 xörək qaşıq əlavə edin ki, süd ilınsın. Daha sonra şorbaya əlavə edin). |
7 Hazırdır 5 dəqiqə | Sonda isə duz və istiot əlavə edilib 5 dəqiqə daha bişirilir və ocağın üzərindən götürülür. |
8 Hazırdır | Nuş olsun... :) |










