







Xəmiri Üçün | |
| 0,5 lt Süd | |
| 1 stəkan Şəkər Tozu | |
| 1 desert qaşığı Toz Maya | |
| 150 qram Kərə Yağı | |
| 8-8,5 stəkan Un | |
| 2 ədəd Yumurta | |
İçi Üçün | |
| Cem | |
Üstü üçün | |
| Yumurtanın Sarısı | |
| Küncüt |
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünBir qabda süd, şəkər tozu və maya qarışdırılıb 15-20 dəqiqə gözlədilir. |
2 Hazırdır 5-10 dəqiqə | Ayrı bir qabda kərə yağı vam odda əridilib ilınmağı üçün 5-10 dəqiqə gözlədilir. |
3 Hazırdır | 15-20 dəqiqə keçdikdən sonra xəmirin yoğrulacağı iri bir qabda şəkərli-mayalı süd, ilınmış kərə yağı, duz və yumurtalar qaşıqla qarışdırılır. |
4 Hazırdır 2-2,5 saat | Sonra az-az un əlavə edilərək əvvəlcə (biraz bərkiyənədək) qaşıqla qarışdırılır, sonra isə əl ilə yoğrularaq ələ yapışmayan yumuşaq xəmir yoğrulur və qabarmağı üçün isti bir yerdə 2-2,5 saat gözlədilir. |
5 Hazırdır | Qabardıqdan sonra bir dəfə də biraz yoğrulur və 18 bərabər kündəyə bölünür. |
6 Hazırdır | Bulkaları Hazırlamaq ÜçünHər kündənin arasına təxminən 1,5 çay qaşığı cem qoyulub yumrulanır və yağlanmış listə aralı düzülür. |
7 Hazırdır 190-200° C, 20 dəqiqə | Listdə azı 15-20 dəqiqə qaldıqdan sonra üzərlərinə yumurta sarısı çəkilir, istəyə görə küncüt səpilir və əvvəlcədən isidilmiş 190-200° sobada təxminən 20 dəqiqə (üstü qızaranadək) bişirilir (10 dəqiqə altda, 10 dəqiqə üstdə) |
8 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil