Ərzaqlar
Şərbəti Üçün
- 2 stəkan Su
- 2 stəkan Şəkər Tozu
- 1/3 Limonun Suyu
İçlik Üçün
- 450 qram Kakos
- 450 qram Şəkər Tozu
- 1 çay qaşığı Üyüdülmüş Hill
Xəmiri Üçün
- 1 stəkan İlıq Süd
- 1 çay qaşığı Şəkər Tozu
- 1/2 çay qaşığı Maya
- 2 ədəd Yumurtabiri bütöv, birinin ağı
- 150 qram Kərə Yağıduru halda
- 1 çimdik Duz
- 1 paket Vanil
- Untəxminən 4 stəkan
Xəmirlərin Arasını Yağlamaq Üçün
- 300 qram Əridilmiş Kərə Yağı
Üstü Üçün
- Yumurtanın Sarısı
- 1 xörək qaşığı Süd
- Qida Boyasıistəyə görə
- Kakos
Məlumat
Kakoslu şirniyyatları çox sevirəm. Ancaq yenə də mənə görə kakoslu paxlava ləpəli paxlavanı əvəz edə bilməz. Kakos sevirsinizsə, bişirib yoxlamağa dəyər. Ləpəli paxlava ilə eyni reseptlə hazırladım, sadəcə ləpə yerinə eyni qədər kakos istifadə etdim və üstünü fındıq əvəzinə kakosla bəzədim. 8 qatlıq resept paylaşıram, 10-12 qat bişirmək istəsəz avtomatik porsiya hesablama (“+”, “-“) bölməsindən ərzaqların miqdarını avtomatik hesablaya bilərsiniz.
Porsiya – 1 list (8 qat)
Qeyd: İstəyə görə üzərinə çəkilən yumurta sarısının içərisinə biraz qida boyası qata bilərsiniz. Mən sadə, təbii görünüş daha sevdiyimə görə çox tünd etmədim, azacıq istifadə etdim.
Hazırlanması
1 Hazırdır | Şərbətini Hazırlamaq ÜçünSu və şəkər tozunu birlikdə qaynadırıq. |
2 Hazırdır 15 dəqiqə | Qaynamağa başladıqda limon suyu əlavə edib 15 dəqiqə daha normal odda qaynadırıq və ocağın üzərindən götürürük. |
3 Hazırdır | İçlik ÜçünKakos, şəkər tozu və hili qarışdırırıq. |
4 Hazırdır 10-15 dəqiqə | Xəmirini Hazırlamaq ÜçünSüd, maya və şəkər tozunu qarışdırıb 10-15 dəqiqə gözləyirik. |
5 Hazırdır | Sonra əridilmiş kərə yağı (duru və ilıq halda), yumurta (biri bütöv, birinin ağı), duz və vanili əlavə edib qarışdırırıq. |
6 Hazırdır | Daha sonra isə 2 stəkan un əlavə edib qarışdırırıq. Qalan unu isə az-az əlavə edib alə yapışmayan yumşaq xəmir yoğururuq. (Cəmi təxminən 4 stəkan un istifadə olunacaq). |
7 Hazırdır 10 dəqiqə | Hazır olan xəmiri bir kənarda, üstü örtülü 10 dəqiqə saxlayırıq. |
8 Hazırdır | Sonda isə xəmirdən 8 ədəd kündə hazırlayırıq. (6 ədəd eyni böyüklükdə, 2 ədəd isə digərlərindən 2 qat iri.) İri kündələrdən biri ən alt qata, birini isə ən üst qata istifadə edəcəyik. |
9 Hazırdır | Xəmirlərin Arasını Yağlamaq ÜçünKərə yağıni vam odda əridirik. |
10 Hazırdır | Sobaya Vermək Üçünİri kündələrdən birini list böyüklükdə açıb listə yerləşdiririk, üzərinə fırça ilə 2-3 xörək qaşığı əridilmiş kərə yağı çəkirik, 3-4 xörək qaşığı kakos töküb hər tərəfinə yayırıq. (İlk xəmirdən etibarən listin kənarına çıxan artıq xəmiri səliqəli bir şəkildə kəsin ki, üst-üstə yığılıb paxlavanın şəklini pozmasın.) |
11 Hazırdır | Sonra 6 ədəd balaca kündələri eyni qaydada listə yerləşdiririk (xəmir/kərə yağı/kakos sırası ilə). Bu addımda kakosun hamısını əlavə edəcəyik, daha sonra lazım olmayacaq. Son nazik xəmirin isə üzərinə nə kərə yağı çəkmirik, nə kakos əlavə etmirik. |
12 Hazırdır | Son qalın kündəni də açıb üzərinə yerləşdiririk. Yenə yağlamırıq. Kənardan çıxan artıq hissələri bıçaqla kəsib tam səliqəli hala salırıq. Üstündən möhkəm basırıq və iti bir bıçaqla səliqəli doğrayırıq. |
13 Hazırdır 180° C | Sonda yumurta sarısı, süd və istəyə görə qida boyasını qarışdırıb fırça ilə paxlavaların üzərinə çəkirik və əvvəlcədən isidilmiş 180° C sobada bişməyə qoyuruq. |
14 Hazırdır 1 saat | 15 dəqiqə bişdikdən sonra sobadan çıxarıb kəsiklərin üstündən bir daha bıçaq çəkirik. Arasını yağlamaq üçün istifadə edilən yağın artıq qalanını paxlavaların aralarına gəzdiririk və təkrar sobaya qoyub içi bişib üzü qızaranadək (təxminən 40-45 dəqiqə daha) nəzarət edərək bişiririk. |
15 Hazırdır | Sobadan çıxan kimi üzərinə paxlavanın üzərinə soyuq şərbətin hamısını gəzdiririk. |
16 Hazırdır | Paxlava bütün şirəni canına çəkdikdən sonra isə üstünü kakosla bəzəyib servis edə bilərik. |
17 Hazırdır | Nuş olsun... :) |











2 Şərh Göstər / Bağla
Cooox sagolun evde coooox beyendiler
Salam.
Dəyməz, çox sevindim 🙂 Əllərinizə sağlıq, nuş olsun…