0 0
Zavarnoy (Bişmiş) Krem

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
0,5 lt Süd
2 stəkan Şəkər Tozu
4 xörək qaşığı Un
250 qram Kərə Yağı otaq istiliyində

Zavarnoy (Bişmiş) Krem

  • 20 dəqiqə
  • Porsiya 1
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Əvvəlcə ev şəraitində qatılaşdırılmış süd (squşonka) bişiririk, daha sonra isə kərə yağı ilə birlikdə çalaraq tort və başqa şirniyyatlar üçün krem hazırlayırıq. Mən biskvit tortlarda hazır alınan squşonka istifadə etsəm də, Ballı Tortda hər zaman zavarnoy krem istifadə edirəm. Zavarnoy krem biraz duru halda olduğu üçün daha yaxşı yumşaldır.

Porsiya1 ədəd normal irilikdə tort üçün

Hazırlanması

1
Hazırdır

1. Əvvəlcə südün yarısını və unu bir kasada yaxşıca qarışdırırıq. (Kremin içində un topaqlarının qalmamağı üçün bunu etmək məsləhətdir.)

2
Hazırdır

Sonra bir qazanın içərisinə həmin qarışımı, qalan südü, şəkər tozunu əlavə edib qarışdırırıq və ocağın üzərinə qoyuruq. Normal odda qarışdırmağa ara vermədən qatılaşanadək bişiririk.

3
Hazırdır

Daha sonra tamamilə soyumağı üçün gözləyirik.

4
Hazırdır

Sonda isə otaq istiliyində yumşalmış kərə yağını əlavə edib mikserlə krem halına gələnədək (təxminən 10-15 dəqiqə) çalırıq. (Əgər krem istədiyinizdən biraz duru olarsa, biraz daha kərə yağı əlavə edib qatılaşdıra bilərsiniz.)

5
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Kişmişli Piroq
kakoslu paxlava resepti
sonrakı
Kakoslu Paxlava
əvvəlki
Kişmişli Piroq
kakoslu paxlava resepti
sonrakı
Kakoslu Paxlava

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here