







| 200 qram Marqarin | |
| 4 stəkan Un | |
| 2,5 stəkan Şəkər Tozu | |
| 0,5 kq Qatıq | |
| 2 çay qaşığı Çay Sodası | |
| 2 ədəd Yumurta | |
| 1 paket Vanil | |
| 3/4 stəkan Kişmiş |
Kişmişli piroq mikser istifadə olunmadan hazırlanan sadə və dadlı piroq reseptidir. Mən marqarin əvəzinə 180 qram kərə yağı istifadə edirəm. Siz də zövqünüzə görə hər hansı birini istifadə edə bilərsiniz.
Porsiya – 1 list
1 Hazırdır | Otaq istiliyində olan marqarin və unu birlikdə ovub umac edirik. |
2 Hazırdır | Sonra şəkər tozunu əlavə edib yaxşıca qarışdırırıq. |
3 Hazırdır | Əldə etdiyimiz qarışımdan 1 nəlbəki ayırırıq (sonda üzərinə tökmək üçün). |
4 Hazırdır | Sonra qatıq və çay sodasını qarışdırıb yerdə qalan qarışımın içərisinə əlavə edirik. |
5 Hazırdır | Daha sonra yumurtaları, vanili və kişmişi əlavə edib yaxşıca qarışdırırıq. |
6 Hazırdır | Sonda isə qarışımı listə tökürük, ayırdığımız 1 nəlbəki qarışımı üzərinə səpirik və əvvəlcədən isidilmiş 180° C sobada içi bişib üstü qızaranadək (təxminən 30-40 dəqiqə) nəzarətlə bişiririk. |
7 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil