0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1,5 stəkan Şəkər Tozu
60-70 qram Kərə Yağı
150 qram Şirniyyat Qaymağı

Karamel

  • 25 dəqiqə
  • Porsiya 1
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Tort  və s. şirniyyatlarda istifadə etmək üçün karamel resepti.

Porsiya1 torta istifadə olunacaq qədər.

Hazırlanması

1
Hazırdır
10 dəqiqə

Əvvəlcə şəkər tozunu tavada vam odda əridirik. (Yüksək temperaturda qoymayın, yoxsa şəkər tozu yanar. Əriyən müddətdə isə qarışdırmırıq, sadəcə tavanı sağa-sola əyirik). Təxminən 10-dəqiqəyə əriyəcək.

2
Hazırdır
1-1,5 dəqiqə

Şəkər tozu əriyən kimi kərə yağını əlavə edirik (əgər yağı gec əlavə etsəz karamelin dadı acı olacaq) Təxminən 1-1,5 dəqiqə (yağ tam əriyənədək) qarışdırırıq.

3
Hazırdır
2 dəqiqə

Sonda isə qaymağı əlavə edirik və təxminən 2 dəqiqə sonra, karamel özünü toparlayan kimi, biraz duru halda artıq ocağın üzərindən götürürük. Tavanın istisinə qatılaşmasın deyə başqa bir qaba boşaldırıq. Soyuduqca karamel özü qatılaşacaq. Əgər ocağın üzərindən duru halıyla yox, qatılaşdıqdan sonra götürsəz, onda soyuduqda çox sərtləşmiş, saqqız halında olacaq, ki bunu da torta və ya keksə çəkmək mümkün olmayacaq. Ağıza aldıqda isə ağızda axışqan halda yox, sərtləşmiş halda olacaq.

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sobada-terevezli-makaron-1
əvvəlki
Sobada Tərəvəzli Makaron
snikers-tortu
sonrakı
Snikers Tortu
sobada-terevezli-makaron-1
əvvəlki
Sobada Tərəvəzli Makaron
snikers-tortu
sonrakı
Snikers Tortu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here