0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
10 ədəd Kartof
300 qram Ağ Pendir
2 diş Sarımsaq
1 dəstə Petruşka
1 dəstə Yaşıl Soğan
1 stəkan Un
1 paket Qabartma tozu
3 ədəd Yumurta böyükdürsə, 2 ədəd
1/2 stəkan Süd
3/4 silə çay qaşığı Duz
Qara İstiot
Bitki Yağı mən kərə yağ istifadə etdim

Kartoflu Pankek

  • 2 saat
  • Porsiya 15
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Pankek (ing. Pancake) yüz illərdir sadəcə şirniyyat kimi bilinsə də, əslində yemək növü də vardır. Bunlardan biri də kartoflu pankekdir. Istər səhər yeməklərində, istərsə də günün başqa saatlarında soyuq və isti şəkildə servis edilə bilər. Digər pankeklərdən fərqli olaraq olduqca doyurucudur.

Porsiya15 ədəd

Qeyd: ara-ara tavaya yağ əlavə etmək lazım olacaq.

Hazırlanması

1
Hazırdır

Əvvəlcə ərzaqlar hazırlanıb hazır qoyulur. Bunun üçün kartof soyulur, yuyulur və suda bişirilir.

2
Hazırdır

Soyuduqdan sonra kartof və pendir sürtgəcin iri gözündən keçirilir.

3
Hazırdır

Sarımsaq ayrı bir qabda yaxşıca əzilir.

4
Hazırdır

Göyərti yuyulub xırda doğranır.

5
Hazırdır

Pankekləri Hazırlamaq Üçün

Ayrı bir qabda un, duz və qabartma tozu qarışdırılır.

6
Hazırdır

Üzərinə süd və yumurta əlavə edilib qarışdırılır.

7
Hazırdır

Sonra sürtgəcin iri gözündən keçirilmiş kartof, pendir, əzilmiş sarımsaq, göyərti və istiot növbə ilə qarışdıraraq əlavə edilir.

8
Hazırdır
4-5 dəqiqə

Sonda isə tava qızdırılır, təxminən 1/2 xörək qaşığı yağ ilə yağlanır və əl unlanaraq hazırlanan qarışımdan təxminən alma böyüklükdə parçalar götürülüb yumrulanır, tavaya qoyulub biraz yastılanır, ikitərəfli qızılı rəng olanadək qızardılır (hər tərəfini nəzarət edilərək təxminən 4-5 dəqiqə qızardın).

9
Hazırdır

Nuş olsun :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

burger uzaqdan
əvvəlki
Burger
detoks suyu
sonrakı
Detoks Suyu
burger uzaqdan
əvvəlki
Burger
detoks suyu
sonrakı
Detoks Suyu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here