0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
125 qram Marqarin Və Ya Kərə Yağı otaq istiliyində
1/4 stəkan Duru Yağ
1 ədəd Yumurta
1 stəkan Şəkər Pudrası
1 paket Vanil
1/2 çay qaşığı Qabartma tozu
3 stəkan Un təxmini
Şəkil Vermək Üçün
1 ədəd Şokolad
Kakos

Kirpi Qurabiyə

  • Porsiya 22
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Şəkil Vermək Üçün

Məlumat

Paylaş

Kirpi Peçenye Reseptim

Porsiya22-24 ədəd

Qeyd: isti havada qurabiyələri soyuducuda saxlayın ki, şokoladı əriməsin.

 

Hazırlanması

1
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

Xəmirini hazırlamaq üçün bir qabda marqarin, duru yağ, yumurta və şəkər pudrası yaxşıca qarışdırılır.

2
Hazırdır

Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır.

3
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az əlavə edərək ələ yapışmayan yumuşaq xəmir yoğrulur.

4
Hazırdır
170° C, 15 dəqiqə

Sonra xəmirdən qozdan biraz böyük parçalar götürülür, əvvəlcə ovucun içərisində yumrulanır, sonra isə damla şəkili verilir (yumruladıqdan sonra üstündən biraz basın, bir ucunu isə üçkünc edin) və 170° C sobada nəzarət edilərək təxminən 15 dəqiqə bişirilir.

5
Hazırdır

Kirpiləri Hazırlamaq Üçün

Qurabiyələr soyuduqdan sonra kirpi şəkli vermək üçün şokolad buxarda əridilir.

6
Hazırdır

Sonra qurabiyənin yumru hissəsinə fırça ilə şokolad çəkilir (sadəcə üstünə və kənarlarına, altına yox) və kakosa batırılır. Üçkünc hissəsinə isə göz və burun çəkilir (çöpü şokolada batırıb onunla çəkin).

7
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

terevezli sote
əvvəlki
Tərəvəzli Sote
zogal kompotu
sonrakı
Zoğal Kompotu
terevezli sote
əvvəlki
Tərəvəzli Sote
zogal kompotu
sonrakı
Zoğal Kompotu

2 Şərh Göstər / Bağla

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil