0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

250-300 qram Qiymə
2-3 ədəd Soğan
1/3 stəkan Əridilmiş Kərə Yağı
Duz
Qırmızı İstiot
Kartoflu Qarışım Üçün
1 kq Kartof
2 ədəd Yumurta
2 stəkan Un 1 stəkanı yumrulayarkən ələ yapışmasın deyə istifadə olunacaq
Duz
Qırmızı İstiot
Servis Üçün
Soğança istəyə görə

Koldunı

Tərkibi:
  • ətli
Mətbəx:
  • 1,5 saat
  • Orta

Ərzaqlar

  • Kartoflu Qarışım Üçün

  • Servis Üçün

Məlumat

Paylaş

Belorus, Litva və Polşa mətbəxinə aid olan Koldun müxtəlif üsulla bişirilə bilər. Əksər hallarda rəndələnmiş kartofdan hazırlanan və qızardılan bu yeməyi yağsız hazırlamaq da olar. Bunun üçün suda bişmiş kartofdan istifadə olunur. Bu yemək isti-isti daha dadlı olur.

Hazırlanması

1
Hazırdır
10-15 dəqiqə

İçliyini Hazırlamaq Üçün

Xırda doğranmış soğan yağda 10-15 dəqiqə qovrulur.

2
Hazırdır

Sonra isə qiymə əlavə edilib ağzı qapalı 30 dəqiqə bişirilir.

3
Hazırdır
10-15 dəqiqə

Bişməyinə 10-15 dəqiqə qalmış duz və istiot əlavə edilir.

4
Hazırdır

Kartoflu Qarışımı Hazırlamaq Üçün

Kartoflu qarışımı hazırlamaq üçün kartof soyulur, yulur və suda bişirilir.

5
Hazırdır

Bişib biraz soyuduqda sürtgəcin iri gözündən keçirilir.

6
Hazırdır

Üzərinə yumurta, un, duz və istiot əlavə edilib yaxşıca qarışdırılır.

7
Hazırdır

Koldunları Bişirmək Üçün

Bir qazanda su qaynamağa qoyulur.

8
Hazırdır

Su qaynayanadək kartoflu qarışımdan alma böyüklükdə parçalar alınır (bunu edərkən əlinizi çoxlu unlayın), yastılanır, arasına təxminən 1 xörək qaşığı içlik qoyulur və yumrulanır (yumrulayarkən hər tərəfli boşqabda olan una batırın ki, yapışmasın)

9
Hazırdır
5-7 dəqiqə

Sonda isə qaynamaqda olan suya yan-yana düzülür (üst-üstə qoymaq olmaz) və 5-7 dəqiqə bişirilir (arada 1-2 dəfə yerindən biraz tərpədin ki, dibi yapışmasın)

10
Hazırdır

İstəyə görə servis edərkən üzərinə soğança qoyulub servis edilə bilər. Və yenə istəyə görə üzərinə qoyulan soğança uzun-uzun və ya xırda-xırda doğranmış ola bilər.

11
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

pendirli pogaca
əvvəlki
Pendirli Poğaça
urek sevgililer gunu pecenye
sonrakı
Ürək Qurabiyə
pendirli pogaca
əvvəlki
Pendirli Poğaça
urek sevgililer gunu pecenye
sonrakı
Ürək Qurabiyə

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil