Ərzaqlar
Xəmiri Üçün
- 2 ədəd Yumurtaikisinin ağı, birinin sarısı
- 1 stəkan Qatıq
- 1 stəkan Duru Yağ
- 5 stəkan Untəxmini
- 1 paket Qabartma tozu
- 1 çay qaşığı Duz
İçlik Üçün
- 250 qram Pendir
- 1/2 dəstə Petruşka
- Yumurtalardan Birinin Sarısı
- 1 çay qaşığı Çörəkotuistəyə görə
- 1 çay qaşığı Küncütistəyə görə
Məlumat
Hazırlanması
1 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünBir qabda 2 ədəd yumurtanın ağı, 1 ədəd yumurtanın sarısı, qatıq, duru yağ və duz qarışdırılır. |
2 Hazırdır | Başqa bir qabda un və qabartma tozu qarışdırılır. |
3 Hazırdır | Daha sonra un olan qarışım digər qarışıma az-az əlavə edilərək ələ yapışmayan yumuşaq xəmir yoğrulur. |
4 Hazırdır | İçliyini Hazırlamaq ÜçünBaşqa bir qabda pendir çəngəllə əzilir və petruşka xırda-xırda doğranıb içinə qatılır. |
5 Hazırdır | Sobaya Vermək ÜçünXəmirdən qozdan böyük parçalar qopardılır, arasına çay qaşığı ilə içlik qoyulur, yumrulanır və listə düzülür. |
6 Hazırdır | Sonda isə hamısının üzərinə fırça ilə yumurta sarısı çəkilir, çörəkotu və küncüt səpilir. |
7 Hazırdır 175° C, 25-30 dəqiqə | 10-15 dəqiqə listdə qaldıqdan sonra 175° C sobada təxminən 25-30 dəqiqə nəzarət edilərək bişirilir. |
8 Hazırdır | Nuş olsun... :) |












2 Şərh Göstər / Bağla
Xemiri acıdmırsınız?
Salam,
Xeyr, acıtmıram.