0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
80 qram Kərə Yağı otaq istiliyində yumuşalmış
1/2 banka Qatılaşdırılmış Süd 190 qram
3 stəkan Kakos 2 stəkan içərisinə, 1 stəkan üzünə
1 paket Vanil
20 ədəd Fındıq

Rafaello

  • Porsiya 20
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Yəqin ki, Rafaello sevməyən çox az sayıda insan var. )) Mənə görə satılan şokoladların çoxundan çox daha dadlıdır. Əgər qiymətinə görə qutusunun içərisindəki  Rafaelloların az olduğunu düşünürsünüzsə, evdə özünüz bu şirniyyatı ucuz qiymətə və çoox asanlıqla hazırlaya bilərsiniz. Soyuducuda gözlədilmə müddətini saymasaq, cəmi 30 dəqiqə vaxt sərf etməklə 20-30 ədəd hazırlaya bilərsiniz. Bu resept ilə hazırlanan Rafaellonun marketdə satılanlardan fərqi daha yumuşaq olmağıdır. Satın aldığımız Rafaelloların üzündə incə vaflisi olduğu üçün xırçıltılı olur və eyni zamanda otaq istiliyində ərimir. Ancaq bu reseplə hazırladıqda vaflisi olmur və isti havada otaq istiliydə əzildiyidi üçün soyuducuda saxlamaq lazımdır. Ancaq dadı eynidir. Mümkün qədər tamlı kərə yağı və qatılaşdırılmış süd almağa da xüsusi diqqət edin. Çünki az ərzaq istifadə olunur və əsas 2 ərzaq onlardır.

Porsiya20 ədəd

Qeyd 1: rafaelloları soyuducuda saxlayın ki, bərk qalsınlar.

Qeyd 2: fındıqların qabığını özünüz soymaq istəsəz (qabığı soyulmuş şəkildə almasaz), əvvəlcə çay sodalı suda 4-5 dəqiqə gözlədin, qurulayın, sonra quru tavada qabığının rəngi dəyişənədək qovurun və sonda isə bir dəsmalın arasında ovaraq qabığını çıxardın.

Hazırlanması

1
Hazırdır
15 dəqiqə

Otaq istiliyində olan kərə yağı, qatılaşdırılmış süd (squşonka) və vanili mikserlə təxminən 15 dəqiqə çalırıq.

2
Hazırdır

2 stəkan kakos əlavə edib qaşıqla qarışdırırıq.

3
Hazırdır
7-8 saat

Bərkiməyi üçün soyuducuda azı 7-8 saat gözlədirik.

4
Hazırdır

Bərkidikdən sonra iri qoz böyüklükdə parçalar götürürük, arasına qabığı soyulmuş fındıq qoyuruq və ovucun içində yumrulayırıq.

5
Hazırdır

Sonda isə kakos olan qabın (qalan 1 stəkan kakosun) içərisində hər tərərfi kakosa batırırıq.

6
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

qozlu ter halva
əvvəlki
Qozlu Tər Halva
pendirli pogaca
sonrakı
Pendirli Poğaça
qozlu ter halva
əvvəlki
Qozlu Tər Halva
pendirli pogaca
sonrakı
Pendirli Poğaça

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here