0 0
Qozlu Tər Halva

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 stəkan Əridilmiş Kərə Yağı
1 stəkan Un
1 stəkan Qoz
1 çimdik Duz ehsan halvasıdırsa
Şərbəti Üçün
1,5 stəkan Su
1,5 stəkan Gül Suyu gülaf
2 stəkan Şəkər Tozu
1 çimdik Zəfəran

Qozlu Tər Halva

Tərkibi:
  • qozlu
  • 1 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

  • Şərbəti Üçün

Məlumat

Paylaş

Halva – Azərbaycan və Yaxın Şərq ölkələrində geniş yayılmış bir şirniyyat növüdür. Saxlanılma müddəti 2 aya qədərdir. Əsas ərzaqları əridilmiş kərə yağı, unşərbətdir. Bununla yanaşı içərisinə qoz, fındıqyağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı, soya və s.) qatıla bilər. Eyni zamanda halvaya vanil, şokolad, vaflikişmiş qatanlar da var. Təbii ki, bunlar hansı növ halva bişirildiyinə görə dəyişir. Bu gün sizinlə qozlu tər halva resepti paylaşacam. Tər halva digər halvalar içərisində ən sadə şəkildə hazırlananıdır. Belə ki, tavada qızdırılmış yağa un əlavə edilib qovrulur, üzərinə isə şərbət tökülüb arası kəsilmədən qarışdıraraq bişirilir. İsti və ya soyuq halda servis edilə bilər. Əsasən yuxa ilə servis edilir.

Porsiya4-5 nəfər

Qeydlər:

  1. Gül suyu yoxdursa, əvəzinə  su da istifadə oluna bilər.
  2. Ehsan halvasıdırsa, qovrulmağına yaxın qarışdırmağa ara vermədən 1 çimdik duz səpilib ad anılır.

Hazırlanması

1
Hazırdır

Şərbətini Hazırlamaq Üçün

Bir qazana su, gül suyu, şəkər tozu və zəfəran əlavə edilib ocağın üzərinə qoyulur. Qaynamağa baladıqda hazır olur. Hazır olduqdan sonra isə isti qalmağı üçün zəif odun üzərində gözlədilir.

2
Hazırdır

Halvanı Hazırlamaq Üçün

Başqa bir tavada yağ əridilib qızdırılır.

3
Hazırdır

Qızdırılmış yağa az-az un əlavə edilir və taxta qaşıqla dayanmadan qarışdırılır (qarşdırmağa ara versəz, dibi yapışacaq).

4
Hazırdır

Qovrulub qızılı rəng olduqda şərbət yavaş-yavaş əlavə edilərək yaxşıca qarışdırılır.

5
Hazırdır

Daha sonra xırda doğranmış qoz ləpəsi əlavə edilib qarışdırılır.

6
Hazırdır

Suyu təmiz çəkilib rəngi parlaq olduqda halva hazır olur.

7
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

bozartma 3
əvvəlki
Bozartma
rafaello
sonrakı
Rafaello
bozartma 3
əvvəlki
Bozartma
rafaello
sonrakı
Rafaello

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here