Ərzaqlar
- 0,5 kq Mal Əti
- Suətin üzərinə çıxacaq qədər
- 4-5 ədəd Soğan
- 4-5 ədəd Kartof
- 5-6 xörək qaşığı Əridilmiş Kərə Yağı
- 1/3 çay qaşığı Qırmızı İstiot
- 1/4 çay qaşığı Sarıkök
- Duz
Məlumat
Azərbaycanın milli yeməkləri arasında ən çox yayılanlardan biri olan, ərzaqlarının çeşidinin azlığı və bişirilməsinin sadəliyi ilə seçilən Bozartma mətbəximizin ən ləzzətli yeməklərindən biridir. Xanımlarımız ağız dadından, ərzaqlardan və vaxtdan asılı olaraq Bozartmanı tomatlı və tomatsız, soğanlı və soğansız bişirirlər.
Porsiya – 4-5 nəfərlik
Hazırlanması
1 Hazırdır 2 saat | Ət suda 2 saat bişirilir (bişənə yaxın duz əlavə edilir). |
2 Hazırdır | Ayrı bir qazanda doğranmış soğan yağda qızılı rəng olanadək qovrulur. |
3 Hazırdır 10 dəqiqə | Sonra suyu süzülmüş ətlər soğançaya əlavə edilir və soğança ilə birlikdə 10 dəqiqə qovrulur. |
4 Hazırdır 5-10 dəqiqə | Daha sonra isə ətin suyu, yuyulub 2 bölünmüş kartof, duz, istiot və sarıkök əlavə edilib kartof yumuşalanadək bişirilir. |
5 Hazırdır | Nuş olsun... :) |











