







Xəmiri Üçün | |
| 5 ədəd Yumurta | |
| 1,5 stəkan Şəkər Tozu | |
| 1/2 stəkan Süd | |
| 1/3 stəkan Duru Yağ | |
| 1/2 stəkan Mandarin Suyu | |
| 1 paket Vanil | |
| 1 paket Qabartma tozu | |
| 2,5 stəkandan 2 barmaq artıq Un | |
| 4-5 ədəd Mandarin | |
Üstü Üçün | |
| Şəkər Pudrası |
Diametri – 35 sm
Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.
1 Hazırdır | Əvvəlcə yumurtanın ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı yumurtanın ağının, digər yarısı isə sarısının üzərinə əlavə edilir və əvvəlcə ağı, sonra sarısı mikserlə ayrı-ayrı çalınır. Sonra isə ağı sarısının üzərinə əlavə edilib qaşıqla qarışdırılır. |
2 Hazırdır | Sonra süd, yağ və mandarin suyu əlavə edilib qaşıqla qarışdırılır. |
3 Hazırdır | Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır. |
4 Hazırdır | Sonra un olan qarışım digər qarışıma az-az ələnərək yavaş-yavaş qarışdırılır. |
5 Hazırdır 180° C, 25-30 dəqiqə | |
6 Hazırdır | Servis Etmək ÜçünBişib soyuduqdan sonra isə üzərinə şəkər pudrası ələnir. |
7 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil