













Alt Qatı Üçün | |
| 250 qram Sadə Peçenye | |
| 1 stəkan Fındıq | |
| 150 qram Kərə Yağı | |
Pendirli Qatı Üçün | |
| 300 qram Krem Pendir | |
| 1,5 stəkan Qaymaq | |
| 1 stəkan Şəkər Tozu | |
| 3 ədəd Yumurta | |
| 3 silə xörək qaşığı Un | |
| 1 desert qaşığı Nişasta | |
| 1/2 Limonun Suyu | |
| 1 ədəd Limonun Rəndələnmiş Qabığı | |
| 1 paket Vanil | |
Limonlu Sous Üçün | |
| 1/2 stəkan Su | |
| 1/2 stəkan Süd | |
| 5 xörək qaşığı Şəkər Tozu | |
| 2,5 silə xörək qaşığı Nişasta | |
| 1 ədəd Yumurtanın Sarısı | |
| 1 ədəd Limonun Suyu | |
| 1/2 Limonun Rəndələnmiş Qabığı | |
| 1 paket Vanil | |
| 1/4 çay qaşığı Sarıkök | |
Servis Üçün | |
| Limon | |
| Nar |
Dünyaca sevilən Çizkek (ing. Cheesecake, “pendirli keks“) min illərdi Avropada hazırlanan bir şirniyyatdır. Uzun illər adi pendir ilə hazırlansa da, ilk dəfə Amerikada (New York’da) krem-pendir ilə hazırlanıb və bu günkü gündə çizkek krem-pendir ilə hazırlanır. Çizkekin bir çox növü var. Alt qatı qurabiyə və fındıq qarışığı, ara qatı pendirli qarışıq və üst qatı isə (istəyə görə) müxtəlif meyvə və ya şokolad sousları ilə hazırlanır. Eyni zamanda bişirilən və bişirilməyən çizkeklər var. Hər 2 növ çizkek azı 5 saat soyuducuda gözlədilməlidir. Ancaq 1 gün öncədən hazırlanarsa, daha yaxşı olar.
Mənim bu gün paylaşdığım isə turş sevənlər üçün limonlu və bişirilən çizkekdir.
Diametri – 25 sm (kilidli list)
Qeydlər:
1 Hazırdır | Alt Qatını Hazırlamaq Üçün |
2 Hazırdır | Sonra kərə yağı əridilib əlavə edilir və qarışdırlır. |
3 Hazırdır | |
4 Hazırdır | Pendirli Qatını Hazırlamaq ÜçünPendir və qaymaq mikserlə 30-35 saniyə çalınır (pendirli qatı hazırlayarkən mikser sonadək zəif gücdə istifadə olunmalıdır). |
5 Hazırdır | Sonra şəkər tozu əlavə edilib bir-birinə qarışanadək çalınır. |
6 Hazırdır | Daha sonra yumurtalar tək-tək əlavə edilib çalınır (yumurtalar sırayla tək-tək çalınmalıdır, hamısı eyni anda əlavə edilməməlidir). |
7 Hazırdır 30-35 saniyə | Sonra limonun qabığı və suyu, nişasta, un və vanil əlavə edilib 30-35 saniyə daha çalınır. |
8 Hazırdır 160° C | |
9 Hazırdır | Limonlu Sousu Hazırlamaq ÜçünLimonlu sousu hazırlamaq üçün vanil və sarıkök xaric bütün ərzaqlar bir qazanda ocağın üzərinə qoyulur və qaynayıb biraz qatılaşanadək qarışdırmağa ara vermədən bişirilir. Ocağın üzərindən götürən kimi vanil və sarıkök əlavə edilib qarışdırılır (hazır olduqda otaq istiliyinə gələnədək ara-ara qarışdırın ki, üzü qaymaqlanmasın). |
10 Hazırdır 24 saat | Otaq istiliyinə gəldikdə isə pendirli qatın üzərinə əlavə edilir, hər tərəfinə yayılır və soyuducuda bərkiməyi üçün 1 gün gözlədilir. |
11 Hazırdır | Listdən çıxardarkən əvvəlcə bıçaqla kənarlarını listdən aralayın, sonra kilidini açın. |
12 Hazırdır | Servis Etmək ÜçünServis edərkən istəyə görə limon və nar dənəsi ilə bəzədilir. |
13 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil
2 Şərh Göstər / Bağla
dograyarken picagi isidib sonra dilimlemek dagilmamagina komek eder
Salam. Bəli, təşəkkür edirəm qeyd etdiyiniz üçün.