0 0
Praqa Tortu

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Biskviti Üçün
4 ədəd Yumurta
1 stəkan Şəkər Tozu
1 stəkan Xama 190 qram
1/2 stəkan Qatılaşdırılmış Süd 190 qram
2 xörək qaşığı Kakao
1/4 çay qaşığı Duz
1,5 stəkan Un
1 çay qaşığı Çay Sodası
1 paket Vanil
Kremi Üçün
570 qram Qatılaşdırılmış Süd 1,5 banka
250 qram Kərə Yağı
1-1,5 xörək qaşığı Kakao
Şokolad Sousu Üçün
6 xörək qaşığı Süd
6 xörək qaşığı Şəkər Tozu
1 paket Vanil
4 xörək qaşığı Kakao
20 qram Kərə Yağı

Praqa Tortu

  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Biskviti Üçün

  • Kremi Üçün

  • Şokolad Sousu Üçün

Məlumat

Paylaş

Bu tortun adı Praqa olduğuna görə bir çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, Praqa tortunun Praqaya heç bir aidiyyatı yoxdur. Belə ki, tortun müəllifi “Quş Südü” kimi onlarla Sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. Yəni, Praqa tortu rus mətbəxinə aiddir. Xüsusilə də, SSRİ dövründə Rusiya və digər potsovet ölkələrində məşhur olan şokoladlı tortdur. Bu reseptin digər tort reseptlərindən əsas fərqi biskvitində xama və qatılaşdırılmış süd istifadə olunmağıdır.

Diametri34 sm, 2 biskvit

Hazırlanması

1
Hazırdır
8-10 dəqiqə

Biskvitini Hazırlamaq Üçün

Yumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə çalınır.

2
Hazırdır

Sonra çay sodası xamaya tökülüb qarışdırılır və yumurtanın sarısı olan qarışıma əlavə edilir.

3
Hazırdır

Daha sonra qatılaşdırılmış süd əlavə edilir.

4
Hazırdır

Ayrı bir qabda un, vanil, duz və kakao qarışdırılır.

5
Hazırdır

Sonra isə un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla yavaş-yavaş qarışdırılır.

6
Hazırdır
170° C, 20-25 dəqiqə

Sonda isə yumurtanın ağı olan qarışım digər qarışımın üzərinə əlavə edilərək qaşıqla qarışdırılıb yağlanmış listə əlavə edilir və əvvəlcədən isidilmiş 170 dərəcə sobada içi bişənədək (təxminən 20-25 dəqiqə) bişirilir.

7
Hazırdır

2-ci biskvit də eyni qaydada hazırlanır.

8
Hazırdır
20 dəqiqə

Kremini Hazırlamaq Üçün

Kremini hazırlamaq üçün bütün ərzaqlar birlikdə təxminən 20 dəqiqə mikserlə çalınır.

9
Hazırdır

Şokolad Sousunu Hazırlamaq Üçün

Şokolad sousunu hazırlamaq üçün süd, şəkər tozu və vanil qarışdırılıb ocağın üstünə qoyulur.

10
Hazırdır
1 dəqiqə

Şəkər tozu əridikdə kakao əlavə edilir və biraz qatılaşanadək (təxminən 1 dəqiqə daha) qarışdıraraq bişirilir (normasından artıq bişirməyin, yoxsa soyuduqda çox qatılaşıb saqqız halında olacaq. Biraz qatılaşdığını hiss edən kimi ocağın üzərindən götürün). Ocağın üzərindən götürən kimi isə kərə yağı əlavə edilib qarışdırılır.

11
Hazırdır

11. Biskvitlər və şokolad sousu soyuduqdan sonra isə tort bəzədilir.

12
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

encir cemi
əvvəlki
Əncir Cemi
ici sokoladli pecenye
sonrakı
İçi Şokoladlı Qurabiyə
encir cemi
əvvəlki
Əncir Cemi
ici sokoladli pecenye
sonrakı
İçi Şokoladlı Qurabiyə

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil