0 0
İçi Şokoladlı Qurabiyə

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Xəmiri Üçün
1 paket Marqarin
1 stəkan Duru Yağ
1 xörək qaşığı Şəkər Tozu
1 stəkan Qatıq
1 paket Vanil
1 paket Qabartma tozu
5,5-6 stəkan Un təxmini
Şokolad Sousu Üçün
140 qram Şokolad südsüz
2 stəkan Süd
3 xörək qaşığı Kakao
1 ədəd Yumurta
1 stəkan Şəkər Tozu
1 paket Vanil
3 xörək qaşığı Un
Üstü Üçün
2 ədəd Yumurtanın Sarısı

İçi Şokoladlı Qurabiyə

Tərkibi:
    • Orta

    Ərzaqlar

    • Xəmiri Üçün

    • Şokolad Sousu Üçün

    • Üstü Üçün

    Məlumat

    Paylaş

    İçi Şokoladlı Peçenye Reseptim

     

     

    Hazırlanması

    1
    Hazırdır

    Şokolad Sousunu Hazırlamaq Üçün

    Şokolad sousunu hazırlamaq üçün balaca bir qazana süd, kakao, şokolad əlavə edilir və vam odda şokokad əridilir. Şokolad əridikdən sonra ocağın üzərindən götürülür.

    2
    Hazırdır

    Başqa bir qabda yumurta, şəkər tozu, vanil və un mikserlə çalınır və şokoladın üzərinə əlavə edilib yenidən ocağın üzərinə qoyulur. Qatılaşanadək vam odda qarışdıraraq bişirilir.

    3
    Hazırdır

    Daha sonra biraz soyuducuda gözlədilir.

    4
    Hazırdır

    Xəmirini Hazırlamaq Üçün

    Otaq istiliyində yumuşalmış marqarinlə duru yağ qarışdırılır.

    5
    Hazırdır

    Sonra şəkər tozu və qatıq əlavə edilib qarışdırılır.

    6
    Hazırdır

    Ayrı bir qabda un, vanil və qabartma tozu qarışdırılır.

    7
    Hazırdır
    20 dəqiqə

    Daha sonra un olan qarışım digər qarışıma az -az əlavə edilərək ələ yaplşmayan yumuşaq xəmir yoğrulur və 20 dəqiqə gözlədilir.

    8
    Hazırdır

    Sobaya Vermək Üçün

    Xəmir də, şokolad da biraz gözlədildikdən sonra xəmirdən qozdan biraz böyük parçalar qopardılır, ortası biraz açılır və arasına çay qaşığı ilə yerləşdiyi qədər şokokad qoyulub bükülür (şokoladı lap da çox qoymayın ki, bükdükdə arasından axmasın).

    9
    Hazırdır
    175° C, 20-25 dəqiqə

    Sonda isə hamısı listə düzülür, üzərlərinə yumurta sarısı çəkilir və 175° C sobada təxminən 20-25 dəqiqə nəzarət edilərək bişirilir.

    10
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    praqa tortu
    əvvəlki
    Praqa Tortu
    sonrakı
    Əcəbsandal
    praqa tortu
    əvvəlki
    Praqa Tortu
    sonrakı
    Əcəbsandal

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil

    Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here