Ərzaqlar
Xəmiri Üçün
- 6 ədəd İri Yumurta
- 1 stəkan + 2 xörək qaşığı Şəkər Tozu
- 1,5 stəkan Un
- 1 paket Vanil
- 1 paket Qabartma tozu
- 200 qram Qoz Ləpəsi
Biskvitləri İslatmaq Üçün
- 3/4 stəkan Süd
Kremi Üçün
- 300 qram Kərə Yağı
- 2/3 banka Bişmiş Squşonka
- 2/3 banka Sadə Squşonka
Üstü Üçün
- 80-90 qram Şokolad
- Xırda Doğranmış Qoz
Məlumat
Bu tortu Bakı Tortu resepti ilə bişirirəm, sadəcə cüzi fərqlər var. Bu reseptlə qozlu tortunuz çox dadlı olacaq, yoxlamağa dəyər.
Hazırlanması
1 Hazırdır 8-10 dəqiqə | Xəmirini Hazırlamaq ÜçünYumurta və şəkər tozunu birlikdə 8-10 dəqiqə mikserlə çalırıq. |
2 Hazırdır | Ayrı bir qabda un, vanil və qabartma tozunu qarışdırırıq. |
3 Hazırdır | Sonra un olan qarışımı digər qarışıma az-az ələyərək qaşıqla altdan yuxarı doğru yavaşca qarışdırırıq. |
4 Hazırdır | Daha sonra ləpəni blenderan keçirik. (Mən toz halına gələnədək keçirmədim, biraz iri qaldıqda xoşlayıram. Siz zövqə görə tamamilə toz halına gələnədək keçirə bilərsiniz.) |
5 Hazırdır | Blenderdan keçirmiş olduğumuz ləpəni quru bir tavada, zəif odda təxminən 5 dəqiqə qarışdırmağa ara vermədən qovururuq (diqqətli olun yanmasın). |
6 Hazırdır | Qovurmuş olduğumuz ləpəni xəmirə əlavə edib yenə qaşıqla altdan yuxarı doğru yavaş-yavaş qarışdırırıq. |
7 Hazırdır 170° C (30-35 dəqiqə) | Sonda isə xəmiri listə töküb əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 30-35 dəqiqə) nəzarət edərək bişiririk. |
8 Hazırdır 10-15 dəqiqə | Kremini Hazırlamaq ÜçünOtaq istiliyində yumşalmış kərə yağı və squşonkaları birlikdə krem halına gələnədək (təxminən 10-15 dəqiqə) mikserlə çalırıq. |
9 Hazırdır | Tortu Bəzəmək ÜçünBiskviti 3 hissəyə bölürük, hər birini təxminən 3 xörək qaşığı südlə isladırıq, aralarını kremləyirik. |
10 Hazırdır | Sonda isə buxarda əritmiş olduğumuz 1 ədəd pletka şokoladı tortun üstünə töküb xırda doğranmış qozla bəzəyirik. |
11 Hazırdır | Nuş olsun... :) |










