0 0
Şahmat Ruleti

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
4 ədəd Yumurta
1/2 stəkan Şəkər Tozu
4 xörək qaşığı Un
1 paket Qabartma tozu
1 paket Vanil
1 çimdik Duz
1 desert qaşığı Kakao

Şahmat Ruleti

  • Porsiya 1
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Şahmatçı biri olaraq Şahmat Ruleti hazırlamaq mənim üçün çox zövqlü idi. 🙂 Bu günlərdə inşaAllah Şahmat Tortu da hazırlayıb paylaşacam. Rulet ilə tortun hazırlanması bir-birindən çox fərqlidir. Mən ruleti cemli hazırladığım üçün içi də ağlı-qaralı olub. Amma bu çox vacib deyil, zövqünüzə uyğun edə bilərsiz. Qara xanaların xəmirini isə qara rəng qida boyası və ya kakaolu hazırlaya bilərsiz. Ruleti hazırlamaq əslində çətin deyil, amma hazırlamamışdan öncə Faydalı Məlumatlar bölməsindəki Rulet bişirmək qaydası haqqında yazımı oxumağınızı məsləhət görürəm.

Hazırlayarkən əsas diqqət etməli olduğunuz incəliklər:

  • Soba qabına kağız sərməmişdən öncə qabı yağlayın ki, kağız qabdan aralanmasın, sürüşməsin.
  • Kağızın üstünü də mütləq yağlayın və üzərinə ələklə biraz un səpin.
  • Şahmat bəzəyini çəkərkən əvvəlcə kvadratların hamısını çəkin, daha sonra içlərini doldurun. Doldurarkən isə tamamilə doldurmaq yerinə biraz doldurub sonra diş çöpü ilə hər tərəfinə səliqəli yayın. Çünki biskvit xəmiri çox duru halda olduğu üçün çox olduqda qaba yayılır.

Yeniləmə: Şahmat Tortu da hazırladım və resepti ilə birlikdə artıq paylaşmışam. 🙂 (Sözlərin üzərində klik edin)

Hazırlanması

1
Hazırdır

Əvvəlcə soba qabı yağlanır, bişirmə kağızı üzərinə tam səliqəli yerləşdirilir, kağızın üzəri də yağlanıb ələklə hər tərəfinə biraz un səpilir və xəmiri hazır olanadək sərin bir yerdə saxlanır.

2
Hazırdır
7 dəqiqə

Xəmirini Hazırlamaq Üçün

Yumurta və şəkər tozu birlikdə 7 dəqiqə mikserlə çalınır.

3
Hazırdır

Ayrı bir qabda un, vanil, qabartma tozu və duz qarışdırılıb xəmirə ələnir və qaşıqla qarışdırılır.

4
Hazırdır

Sonra isə xəmirdən 4-5 dolu xörək qaşığı götürülüb bir kasada kakao ilə (və ya qida boyası ilə) qarışdırılır.

5
Hazırdır

Şahmat Bəzəyi Üçün

Kakakolu xəmir konditerskiy torbaya tökülüb yuxarısı bərk bağlanır, ucu isə balaca kəsilir. (Uc kəsiyinin çoox balaca olmağına diqqət edin, yoxsa bütün əziyyətiniz boşa gedəcək.)

6
Hazırdır

Sonra soba qabına şəkildə gördüyünüz kimi şahmat çəkilir. Əvvəlcə sadəcə içi boş kvadratlar çəkilir, sonra isə içi ehtiyyatla biraz doldurulur və diş çöpü ilə hər tərəfinə yayıır.

7
Hazırdır
170° C, 2-3 dəqiqə

Daha sonra əvvəlcədən isidilmiş 170° C sobaya qoyulur və cəmi 2-3 dəqiqə sonra çıxardılır. Məqsəd sadəcə biraz qurumağıdır ki, ağ xəmirlə qarışmasın.

8
Hazırdır
170° C, 12-15

Sobadan çıxadıqdan sonra ağ xəmir üzərinə tökülür, hər tərəfinə səliqəli yayılır və yenidən sobaya qoyulub təxminən 12-15 dəqiqə bişirilir.

9
Hazırdır
3-4 dəqiqə

Sobadan çıxardıqdan 3-4 dəqiqə sonra isti halı ilə rulet şəklində bükülür (kağızı çöldə qalacaq şəkildə) və 1 dəqiqə sonra açılır. (Bu ruletin şəkil almağı üçündür, mütləq edin.)

10
Hazırdır
15 dəqiqə

Rulet təxminən 15 dəqiqə soyuduqdan sonra isə arasına krem, cem və s. çəkilir, kağızdan aralanaraq bükülür və səliqəsiz hissələri bıçaq ilə kəsilib səliqəyə salınır.

11
Hazırdır
2 saat

Azı 2 saat sonra isə servis edilir.

12
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

bezelye
əvvəlki
Bezelye
sahmat tortu
sonrakı
Şahmat Tortu
bezelye
əvvəlki
Bezelye
sahmat tortu
sonrakı
Şahmat Tortu

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here