







| 4-5 ədəd Badımcan | |
| Əridilmiş Kərə Yağı | |
| Duz | |
Sousu Üçün | |
| 2 ədəd Soğan | |
| 2 diş Sarımsaq | |
| 4 ədəd Şirin Bibər | |
| 1 ədəd Acı Bibər | |
| 4 ədəd Pomidor | |
| 3 xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 1 çay qaşığı Şəkər Tozu | |
| 1 desert qaşığı Duz | |
| 1/2 stəkan Qaynar Su | |
Servis Üçün | |
| 3-4 tel Petruşka |
Azərbaycan mətbəxində Şakşuka səhərlər yeyilən göyərtili, pendirli, yumurtalı bir yeməkdir. Onun da reseptini paylaşacam inşaAllah. Amma bu paylaşımda yazdığım resept Türk mətbəxinin Şakşukasıdır. Belə ki, resepti bizim Şakşukayla yaxın belə deyil, tamamilə fərqlidir. Yay tərəvəzləri ilə hazırlanan bir yeməkdir. Əsas ərzaqı badımcandır. Bununla yanaşı pomidor, bibər və s. tərəvəzlər istifadə edilir.
Porsiya – 4 nəfərlik
1 Hazırdır | Badımcanın Acısı Çıxmağı ÜçünBadımcanlar yuyulur, zolaq şəklində soyulur və duzlu suda 15-20 dəqiqə gözlədilir. |
2 Hazırdır | İçlik ÜçünBadımcanın acısı çıxanadək sousu hazırlanır. Bunun üçün soğan, sarımsaq, bibərlər və pomidor xırda kub şəklində doğranır. |
3 Hazırdır 10-13 dəqiqə | Tavada yağ qızdırılır, soğan və sarımsaq əlavə edilib təxminən 10-13 dəqiqə qovrulur. |
4 Hazırdır 4-5 dəqiqə | Sonra bibər əlavə edilib 4-5 dəqiqə daha qovrulur. |
5 Hazırdır 4-5 dəqiqə | Sonra pomidor əlavə edilib 4-5 dəqiqə daha qovrulur. |
6 Hazırdır | Sonda isə duz, şəkər tozu və su əlavə edilib suyu çəkilənədək bişirilir. |
7 Hazırdır | Badımcanları Qızartmaq ÜçünSous bişənədək isə badımcanlar iri kub şəklində doğranır və duzlanıb qızdırılmış yağda qızardılır. |
8 Hazırdır | Servis Etmək ÜçünBoşqaba qızarmış badımcan qoyulur, üzərinə sous qoyulur və istəyə görə iri doğranmış petruşka ilə bəzədilib servis edilir. |
9 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil