Ərzaqlar
İçliyi Üçün
- 500 qram Sümüksüz Mal Əti
- 3 ədəd Soğan
- 2 diş Sarımsaq
- 2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı
- 2 ədəd Pomidor
- 1 desert qaşığı Pomidor Tomatı
- 1/2 çay qaşığı Kəklikotu
- Duz
- Qırmızı İstiot
Makaronu süzmək Üçün
- Su
- 1 paçka Makaron
- 1 desert qaşığı Duz
Beşamel Sousu Üçün
- 2 xörək qaşığı Kərə Yağı
- 1 xörək qaşığı Duru Yağ
- 1,5 xörək qaşığı Un
- 1,5 stəkan Süd
- Duz
- İstiot
Üstü Üçün
- 100-150 qram Rəndələnmiş Holland Pendiri
Məlumat
Sobada ətli makaron – Makaronu bir də belə yoxlayın. Bir qabda ətli içliyi hazırlayırıq, başqa qabda makaronu bişiririk, bir qabda isə beşamel sousu hazırlayırıq. Sonra isə bişirdiyimiz makaronu sousla qarışdırıb ətlə, pendirlə birlikdə sobaya hazırlayırıq.
Porsiya – 4-5 nəfərlik
Hazırlanması
1 Hazırdır 15 dəqiqə | İçliyini Hazırlamaq ÜçünƏt, soğan və sarımsağı ət çəkən maşından keçirib 15 dəqiqə ağzı qapalı bişiririk. |
2 Hazırdır 15 dəqiqə | Sonra xırda doğranmış pomidor, tomat, kəklikotu, duz və istiot əlavə edib 15 dəqiqə daha ağzı qapalı bişiririk və ocağın üzərindən götürürük. |
3 Hazırdır | Makaronu Hazırlamaq ÜçünQaynayan suya duz və daha sonra makaronu əlavə edirik, bişdikdən sonra isə süzürük. |
4 Hazırdır | Beşamel Sousunu Hazırlamaq ÜçünMakaronu bişməyə qoyduqda eyni zamanda sousu hazırlamağa başlayırıq ki, eyni vaxtda hazır olsunlar. |
5 Hazırdır | Sousu hazırlamaq üçün yağları bir tavaya töküb qızdırırıq. |
6 Hazırdır 3-4 dəqiqə | Sonra un əlavə edib yağla birlikdə rəngi dəyişənədək (təxminən 3-4 dəqiqə) dayanmadan qarışdıraraq qovururuq. |
7 Hazırdır | Daha sonra isə süd, duz və istiotu əlavə edib biraz qatılaşanadək qarışdırmağa ara vermədən bişiririk. |
8 Hazırdır | Yeməyi Sobaya Hazırlamaq ÜçünSüzmüş olduğumuz makaron və beşamel sousunu yaxşıca bir-birinə qarışdırırıq. |
9 Hazırdır | Sonra souslu makaronun yarısını listə töküb yayırıq. |
10 Hazırdır | Daha sonra ətli içliyin hamısını töküb hər tərəfinə bərabər şəkildə yayırıq. |
11 Hazırdır 200° C | Sonda isə qalan makaronu töküb eyni şəkildə yayırıq, üzərinə rəndələnmiş holland pendiri səpirik və 200° C sobada pendir əriyib üstü qızaranadək bişiririk. |
12 Hazırdır | Nuş olsun... :) |











