










| 3 ədəd Kartof | |
| 1-2 ədəd Badımcan | |
| 1 ədəd Qabaq | |
| 6-7 ədəd Pomidor | |
| 2 ədəd Şirin Bibər | |
| 1 ədəd Acı Bibər | |
| Duz | |
Kotleti Üçün | |
| 500 qram Sümüksüz Mal Əti | |
| 2 ədəd Soğan | |
| 1 diş Sarımsaq | |
| 1 ədəd Yumurta | |
| 2 xörək qaşığı Un | |
| 1/2 dəstə Keşniş | |
| Duz | |
| Qırmızı İstiot | |
Sousu Üçün | |
| 5-6 xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 1 xörək qaşığı Pomidor Tomatı | |
| 1 stəkan Qaynar Su | |
| Duz | |
| Qırmızı İstiot | |
| Sarıkök | |
Servis Etmək Üçün | |
| 4-5 tel Keşniş |
Rəngarəngliyi və gözəl görünüşü ilə qonaq süfrələrinizi bəzəyəcək olan tərəvəzli kotletin hazırlanması olduqca asandır. Mən bişirdiyim gün evdə qabaq olmadığı üçün qabaqsız bişirdim, ancaq siz istəyə görə qabaq da əlavə edə bilərsiniz. Rəngarəng görünməsi üçün badımcan və qabağın qabığını soymayın.
Porsiya – 1 list
1 Hazırdır | Kotletini Hazırlamaq ÜçünƏt, soğan və sarımsaq birlikdə ət çəkən maşından keçirilir. |
2 Hazırdır 3-4 dəqiqə | Üzərinə yumurta, un, xırda doğranmış keşniş, duz və qırmızı istiot əlavə edilib 3-4 dəqiqə yoğrulur. (Çox yoğurmayın, çünki kotletiniz sərt olacaq.) |
3 Hazırdır | |
4 Hazırdır | Digər Ərzaqlar... |
5 Hazırdır | Sonda isə tərəvəzlərin hər biri biraz duzlanır. |
6 Hazırdır 2-3 dəqiqə | Sousu ÜçünTomat qızdırılmış yağda 2-3 dəqiqə qovrulur. |
7 Hazırdır | |
8 Hazırdır | Sobaya Vermək ÜçünKotlet və digər tərəvəzlər hər biri 1 ədəd olmaqla sıra ilə listə düzülür. Ən son ortadakı kiçik boşluğa 1 ədəd kiçik pomidor yerləşdirilir. Üzərinə isə halqa şəklində doğranıb duzlanmış bibərlər əlavə edilir. |
9 Hazırdır 200° C | |
10 Hazırdır 30-35 dəqiqə | Tərəvəzlər yumuşalanadək (30-35 dəqiqə) kağızla bişirildikdən sonra kağızı çıxardılıb təkrar sobaya verilir. Tərəvəzlər tam bişib üzəri qızaranadək bişirilir. (Əgər tərəvəzlər tam bişmədən üzəri qızarmağa başlasa, sobanın üst gözünü söndürün.) |
11 Hazırdır | Servis Etmək ÜçünSobadan çıxardıqda isti-isti üzərinə xırda doğranmış keşniş səpilib listdə servis edilir. |
12 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil