0 0
Şokoladlı-Bananlı Pankek

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
2 ədəd Yumurta
3 xörək qaşığı Şəkər Tozu
1,5 stəkan Süd
1/2 stəkan Duru Yağ
2 stəkan Un
1 paket Vanil
1 paket Qabartma tozu
Şokolad sousu üçün
1 stəkan Su
1 stəkan Süd
5-6 xörək qaşığı Şəkər Tozu
1,5 xörək qaşığı Kakao
1,5 xörək qaşığı Nişasta
80 qram Şokolad
20 qram Kərə Yağı
Servis Üçün
4-5 ədəd Banan

Şokoladlı-Bananlı Pankek

Tərkibi:
    • 1 saat
    • Porsiya 12
    • Orta

    Ərzaqlar

    • Xəmiri Üçün

    • Şokolad sousu üçün

    • Servis Üçün

    Məlumat

    Paylaş

    Pankek (ing. Pancake) və ya tava keksinə kiçik, şirin xəmir parçaları deyə bilərik. Yumuşaq və qabarıq halda olur. Nişasta, yumurta, südkərə yağı tərkibli bir xəmir işi növüdür. Yağlanmış və ya quru tavada bişirilə bilər. Əsasən incə və yumru görünüşlü olur, amma dünya ölkələrində fəqli bişirilir. Məsəslən, İngiltərədə daha çox mayasız bişirilərkən, Şimali Amerikada daha çox qabartma tozlumayalı bişirilir. Arxeoloji sübutlar pankekin çox qədim vaxtlarda da məşhur olan bir yeyəcək olduğunu göstərir. Pankek çeşidli meyvələrləsouslarla servis edilə bilər. Daha çox bal, şokoladpendir ilə servis edilir. Bu gün paylaşdığım pankek isə bananlı və şokolad souslu pankekdir.

    Porsiya12-13 ədəd

    Hazırlanması

    1
    Hazırdır

    Xəmirini Hazırlamaq Üçün

    Yumurta və şəkər tozu mikserlə çalınır.

    2
    Hazırdır

    Sonra süd və yağ əlavə edilib qarışdırılır.

    3
    Hazırdır

    Daha sonra az-az un, qabartma tozu və vanil əlavə edilib yavaş-yavaş qarışdırılır.

    4
    Hazırdır

    Bişirmək Üçün

    Yapışmayan tava yaxşıca isidilir (istəyə görə çox az yağlana bilər, mən yağlamadım).

    5
    Hazırdır
    2 dəqiqə

    Xəmirdən təxminən 2 xörək qaşığı tavaya əlavə edilir, bir tərəfi qızardıqda (təxminən 2 dəqiqəyə qızarır, üzərində qabarcıqlar əmələ gəldikdə deməli bir tərəfi bişib) çevirib digər tərəfi də qızardılır.

    6
    Hazırdır

    Şokolad Sousunu Hazırlamaq Üçün

    Kərə yağı və şokolad xaric, bütün ərzaqlar bir qabda qarışdırılıb ocağın üzərinə bişməyə qoyulur.

    7
    Hazırdır

    Qaynamağa başladıqda pletka şokolad əlavə edilir və qarışdırmağa qara vermədən biraz qatılaşanadək bişirilir.

    8
    Hazırdır

    Ocağın üzərindən götürən kimi istəyə görə kərə yağı əlavə edilib qarışdırılır.

    9
    Hazırdır

    Servis Etmək Üçün

    Sonda isə dilimlənmiş banan və şokolad sousu ilə istənilən şəkildə servis edilir.

    10
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    sirin corek 3
    əvvəlki
    Şirin Çörək
    gobelekli pendirli borek
    sonrakı
    Göbələkli Börek
    sirin corek 3
    əvvəlki
    Şirin Çörək
    gobelekli pendirli borek
    sonrakı
    Göbələkli Börek

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil

    Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here