0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
1 stəkan İlıq Süd
1 stəkan+ 1/3 stəkan Şəkər Tozu
1 çay qaşığı Maya
1 ədəd Yumurta
100 qram Kərə Yağı
4-4,5 stəkan Un təxmini
1 çimdik Duz
1/2 çay qaşığı Sarıkök
1/4 çay qaşığı Keşniş Toxumu
Üstü Üçün
Yumurtanın Sarısı
Xaş-Xaş istəyə görə çörəkotu və ya küncüt də istifadə edilə bilər

Şirin Çörək

  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Porsiya – 1 ədəd

Hazırlanması

1
Hazırdır
15-20 dəqiqə

Süd, 1 xörək qaşığı şəkər tozu və maya qarışdırılıb kənarda 15-20 dəqiqə gözlədilir.

2
Hazırdır
5-10 dəqiqə

Bu müddətdə ayrı bir qabda kərə yağı vam odda əridilib otaq istiliyinə gəlməyi üçün 5-10 dəqiqə gözlədilir.

3
Hazırdır

Daha sonra xəmirin yoğrulacağı iri bir qaba süd-maya qarışığı, otaq istiliyinə gəlmiş kərə yağı, yumurta, qalan şəkər tozu, duz, sarıkök və keşniş toxumu əlavə edilib qaşıqla qarışdırılır.

4
Hazırdır
2-3 saat

Sonra az-az un əlavə edilərək ələ yapışmayan yumuşaq xəmir yoğrulur və isti bir yerdə qapalı şəkildə 2-3 saat gözlədilir.

5
Hazırdır
25-30 dəqiqə

2-3 saat sonra bir dəfə də 1 dəqiqə yoğrulur, sonra isə yağlanmış listə təxminən 22 sm-lik dairə şəklində yayılır (qalınlığı isə təxminən 1,5 sm olmalıdır) və listdə 25-30 dəqiqə gözlədilir.

6
Hazırdır
190° C, 30-35 dəqiqə

Sonda isə üstünə fırça ilə yumurta sarısı çəkilir, istəyə görə çəngəl ilə şəkildəki kimi və ya başqa şəkildə naxış vurulur, xaş-xaş səpilir və əvvəlcədən isidilmiş 190° C sobada təxminən 30-35 dəqiqə bişirilir.

7
Hazırdır

Tam soyuduqdan sonra isə kəsilə bilər.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

ispanaqli siyiq 1
əvvəlki
İspanaqlı Sıyıq
sokoladli bananli pancake 3
sonrakı
Şokoladlı-Bananlı Pankek
ispanaqli siyiq 1
əvvəlki
İspanaqlı Sıyıq
sokoladli bananli pancake 3
sonrakı
Şokoladlı-Bananlı Pankek

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here