Ərzaqlar
- 4 dəstə Cincilim Və Ya İspanaq
- 1 dəstə Keşnişistəyə görə
- 1 dəstə Şüyüdistəyə görə
- 1 dəstə Göy Soğanistəyə görə
- 4 ədəd Soğan
- 4 xörək qaşığı Əridilmiş Kərə Yağı
- 1 stəkan Qaynar Su
- 1 çay qaşığı Alça Turşusu
- 2 xörək qaşığı Yumru Düyü
- Duz
Servis Üçün
- istəyə görə Sarımsaqlı Qatıq
Məlumat
Sıyıq (rus. Каша) əsasən rus mətbəxinə xas yeməkdir. Qaynadılmış taxıldan və ya düyüdən, qarğıdalıdan, yulafdan, noxuddan və s. hazırlanır. Daha sonra içərisinə duz, bəzən şəkər, ədviyyatlar, mürəbbə, meyvə və quru meyvələr əlavə edilə bilir. Bu gün mən Səbzili Sıyıq paylaşacam. Əsasən ispanaq və ya cincilimdən hazırlanır. Dadı zövqə görədir, amma cincilimlə hazırlananı daha dadlı sayılır. Sarımsaqla servis edilir.
Porsiya – 4-5 nəfərlik
Hazırlanması
1 Hazırdır | Soğan doğranıb yağda qızılı rəng olanadək qovrulur. |
2 Hazırdır | Sonra alça turşusu 1 stəkan qaynar suda qarışdırılıb soğançaya əlavə edilir. |
3 Hazırdır | Sonra düyü əlavə edilir. |
4 Hazırdır 5-10 dəqiqə | Düyü 5-10 dəqiqə bişdikdən sonra göyərti və duz əlavə edilir və vam odda bişirilir (əgər bişməmiş suyu çəkilərsə, biraz qaynar su əlavə edilir) |
5 Hazırdır | Servis Etmək ÜçünHazır olduqda istəyə görə sarımsaqlı qatıqla servis edilir. |
6 Hazırdır | Nuş olsun... :) |











