







Xəmiri Üçün | |
| 4 ədəd Yumurta | |
| 1,5 stəkan Şəkər Tozu | |
| 1 stəkan Süd | |
| 1/3 stəkan Duru Yağ | |
| 3 xörək qaşığı Kakao | |
| 1 paket Vanil | |
| 1 paket Qabartma tozu | |
| 2,5 stəkandan 2 barmaq artıq Un | |
Şokolad Sousu Üçün | |
| 1 stəkan Su | |
| 1 stəkan Süd | |
| 5-6 xörək qaşığı Şəkər Tozu | |
| 1,5 xörək qaşığı Kakao | |
| 1,5 xörək qaşığı Nişasta | |
| 80 qram Şokolad | |
| 20 qram Kərə Yağı | |
Üstü Üçün | |
| Kakos |
Diametri – 35 sm
Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.
1 Hazırdır | Keksi Bişirmək ÜçünYumurtanın ağı və sarısı ayrılır (böyük qaba sarısı). Şəkər tozunun yarısı ağının, digər yarısı isə sarısının üzərinə əlavə edilir və əvvəlcə ağı, sonra isə sarısı ayrı-ayrı mikserlə çalınır. Sonra isə ağı sarısının üzərinə əlavə edilib qaşıqla qarışdırılır. |
2 Hazırdır | Süd və yağ əlavə edilib qaşıqla qarışdırılır. |
3 Hazırdır | Ayrı bir qabda un, kakao, duz, vanil və qabartma tozu qarışdırılır. |
4 Hazırdır 170° C, 25-30 dəqiqə | Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla qarışdırılır və yağlanmış listə tökülüb əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 25-30 dəqiqə) nəzarət edilərək bişirilir. |
5 Hazırdır | Şokolad Sousunu Hazırlamaq ÜçünŞokolad sousunu hazırlamaq üçün isə pletka şokolad və kərə yağı xaric, ərzaqların hamısı bir qabda qarışdırılır və ocağın üzərinə orta odda bişməyə qoyulur. |
6 Hazırdır | Qaynamağa başladıqda pletka şokolad əlavə edilir və qarışdırmağa ara vermədən biraz qatılaşanadək bişirilir. |
7 Hazırdır | Qatılaşdıqda isə ocağın üzərindən götürülüb kərə yağı əlavə edilir. |
8 Hazırdır | Keksi Bəzəmək ÜçünŞokokad sousu və keks soyuduqdan sonra şokokad sousu keksin üzərinə tökülüb yayılır. |
9 Hazırdır | Sonda isə keks doğranır, istəyə görə dilimlərin üstü kakosla bəzədilir. |
10 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil