



Bu yemək nə duru yemək deyil, nə də quru. Biraz sulu hazırlanır. Tas kababı plovun üzərinə qoyulub yeyilə də bilər.
Porsiya – 4-5 nəfərlik
Qeyd: kartofu yeməklə birlikdə bişirənlər də var, istəyə görə rahat olmağı üçün birlikdə bişirə bilərsiz, ancaq ayrıca qızardılarsa, daha dadlı olar.
1 Hazırdır | Qazanda yağın yarısı qızdırılır. |
2 Hazırdır | Sonra quşbaşından kiçik doğranmış ət əlavə edilir və rəngi dəyişənədək (təxminən 10 dəqiqə) qarışdıraraq qovrulur. |
3 Hazırdır 50-60 dəqiqə | Sonra xırda doğranmış soğan və 1/2 stəkan su əlavə edilib qarışdırılır və 50-60 dəqiqə bişirilir. |
4 Hazırdır | Sonra un əlavə edilib qarışdırılır (un yeməyin suyunun su kimi deyil, sous kimi biraz qatı olmağı üçündür). |
5 Hazırdır 10-15 dəqiqə | Sonra xırda doğranmış pomidor və dəfnə yarpağı əlavə edilib 10-15 dəqiqə bişirilir. |
6 Hazırdır 15 dəqiqə | Daha sonra isə xırda doğranmış kök əlavə edilib kök yumuşalanadək bişirilir (arada duz və istiot əlavə edilir) |
7 Hazırdır | Kartofu Qızartmaq ÜçünAyrı bir tavada kub şəklində doğranmış kartof qalan yağda yüngül qızardılır. |
8 Hazırdır | Servis Etmək ÜçünSonda isə boşqaba yemək qoyulur, üzərinə isə kartof qoyulub servis edilir. |
9 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil