0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
1 stəkan Su
1 stəkan Süd
5-6 xörək qaşığı Şəkər Tozu
1,5 xörək qaşığı Kakao tərkibi 10% yağlı
1,5 xörək qaşığı Nişasta
80 qram Şokolad 1 ədəd
20 qram Kərə Yağı

Şokolad Sousu 1

  • 10 dəqiqə
  • Porsiya 1
  • Asan

Ərzaqlar

Məlumat

Paylaş

Tortlarda, kekslərdə və digər şirniyyatlarda istifadə edilən bir şokolad sousudur. Bu şokolad sousu mənim ən çox istifadə etdiyim sousdur. Yüngül dadı var. Daha tünd və acı şokolad sevənlər üçün saytda başqa şokolad sousu resepti də var. Görünüşü isə parlaqdır və keksə, biskvitə hopmur. İstəyə görə hansısa şirniyyata istifadə etməyə də bilərsiz; sadəcə bişirib bir qabda soyuducuya qoyub, istədiyiniz vaxt qaşıqlayıb yeyin. 🙂 Diqqət edəcəyiniz nöqtələri isə reseptin içərisində qeyd edəcəm.

Porsiya – 1 tortun üzərinə istifadə olunacaq qədər

Qeyd 1: bişdikdən sonra ilıq olanadək (təxminən 10-15 dəqiqə) tez-tez qarışdırsanız üzü qaymaqlanmaz.

Qeyd 2: şokolad sousu üçün alacağınız kakao qutusunun üzərində yağlılıq %-nə baxıb alın. Yağlılıq %-i nə qədər az olarsa, o qədər parlaq və dadlı olur. Nə qədər çox olarsa, o qədər solğun və çürümüş süd halında olur.

 

Hazırlanması

1
Hazırdır

Pletka şokolad və kərə yağı xaric, ərzaqların hamısı bir qazana əlavə edilir, qarışdırılıb ocağın üzərinə bişməyə qoyulur. (qarışdırmağa çox ara verməyin)

2
Hazırdır

Qaynamağa başladıqda pletka şokolad əlavə edilir və biraz qatılaşanadək qarışdırmağa ara vermədən bişirilir.

3
Hazırdır

Sonda isə kərə yağı əlavə edilib qarışdırılır və ocağın üzərindən götürülür.

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

Tas kababi 2
əvvəlki
Tas Kababı
yeni il cupcakeleri 2
sonrakı
Yeni İl Kapkekləri
Tas kababi 2
əvvəlki
Tas Kababı
yeni il cupcakeleri 2
sonrakı
Yeni İl Kapkekləri

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil