










Xəmiri Üçün | |
| 4 ədəd Yumurta | |
| 4 xörək qaşığı Şəkər Tozu | |
| 4 xörək qaşığı Un | |
| 1 xörək qaşığı Kakao | |
| 1 çimdik Duz | |
| 1 paket Vanil | |
| 1 xörək qaşığı Qabartma tozu | |
Kremi Üçün | |
| 2 stəkan Süd | |
| 3-4 xörək qaşığı Şəkər Tozu | |
| 2,5 xörək qaşığı Un | |
| 1 xörək qaşığı Nişasta | |
| 20 qram Kərə Yağı | |
Şokolad Sousu Üçün | |
| 1/2 stəkan Süd | |
| 1/2 stəkan Su | |
| 3 silə xörək qaşığı Şəkər Tozu | |
| 3/4 xörək qaşığı Kakao | |
| 3/4 xörək qaşığı Nişasta | |
| 20 qram Kərə Yağı | |
| 40-50 qram Şokolad |
Məncə şokoladlı şirniyyatları sevənlər meyvəli və s. şirniyyatları sevənlərə nisbətən çoxdur. Əgər yupyumuşaq, şokoladlı tortları çox sevirsinizsə, ancaq bunun üçün zamanınız da, ərzaqınız da azdırsa, bu ruleti qısa zamanda bişirə bilərsiniz. Tort dadında, çox daha ləzzətli olmağı üçün kremini kərə yağı və squşonka ilə hazırlamağınızı məsləhət görürəm. Bunun üçün sadəcə 150 qram otaq istiliyində yumuşalmış kərə yağı və 3/4 banka squşonkanı mikserlə krem halına gələnədək (təxminən 15 dəqiqə) çalmaq lazımdır.
Listin diametri – 35 sm
1 Hazırdır 7-8 dəqiqə | Xəmirini Hazırlamaq ÜçünYumurta və şəkər tozu birlikdə mikserlə ağaranadək (7-8 dəqiqə) çalınır. |
2 Hazırdır | Ayrı bir qabda un, kakao, duz, vanil və qabartma tozu qarışdırılır. |
3 Hazırdır | Sonra un olan qarışım digər qarışıma ələnərək qaşıqla qarışdırılır. |
4 Hazırdır 170° C, 18-20 dəqiqə | Daha sonra yağlı kağız sərilən listə tökülüb hər tərəfinə səliqəli yayılır və əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (18-20 dəqiqə) nəzarət edilərək bişirilir (müddətindən artıq bişən rulet quruduğu üçün çatlayır). |
5 Hazırdır 1-2 dəqiqə | |
6 Hazırdır | Kremini Hazırlamaq ÜçünKərə yağı xaric bütün ərzaqlar bir qazanda qarışdırılır və ocağın üzərində biraz qatılaşana qədər qarışdıraraq bişirilir. |
7 Hazırdır | Ocağın üzərindən götürdükdə isə isti halda içərisinə kərə yağı əlavə edilib qarışdırılır və tam soyumağı üçün (azı 2 saat) gözlədilir. |
8 Hazırdır | Şokolad Sousunu Hazırlamaq ÜçünKərə yağı və şokolad xaric bütün ərzaqlar bir qazanda qarışdırılır və ocağın üzərinə qoyulur (qarışdıraraq bişirmək lazımdır). |
9 Hazırdır | Qaynamağa başladıqda pletka şokolad əlavə edilir və qarışdırmağa ara vermədən biraz qatılaşanadək bişirilir. |
10 Hazırdır | Qatılaşdıqda isə ocağın üzərindən götürülüb kərə yağı əlavə edilir və soyumağı üçün gözlədilir. |
11 Hazırdır | Ruleti Bəzəmək ÜçünBiskvit, krem və şokolad sousu tam soyuduqdan sonra biskvitin arasına krem çəkilir, yavaş-yavaş kağızdan aralanaraq bükülür, üzərinə şokolad sousu tökülür, istəyə görə rəndələnmiş şokolad ilə bəzədilir və ruletin kənarlarının səliqəsiz hissəsi kəsilib soyuducuya qoyulur. 2 saat soyuducuda qaldıqdan sonra servis edilir. |
12 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil