







| 4 ədəd Soğan | |
| 4 xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 5 ədəd Badımcan | |
| 6 ədəd Pomidor | |
| 2 ədəd Şirin Bibər | |
| 1 ədəd Acı Bibər | |
| 1/2 stəkan Qaynar Su | |
| 3/4 xörək qaşığı Duz |
Şərq ölkələrində "uzunömürlülük bitkisi" kimi tanınan badımcanla hazırlanan dadlı bir yay yeməyi...
Badımcanla hazırlanan yeməklər tərkibi kalium duzları ilə zəngin olduğuna görə yaşlı insanlarda duz balansının tənzimlənməsinə, qan-damar və mədə-bağırsaq xəstəliklərinin müalicəsinə, həzm sisteminin yaxşılaşmasına kömək edir. Fitoterapiyada (yunanca phyton — “bitki” və therapeia — “terapiya”) – yəni dərman kimi bitkilərdən istifadə olunan müalicə üsulunda badımcan ateroskleroz xəstəliyinə qarşı ən yaxşı vasitə hesab olunur.
Badımcandan kulinariyada geniş istifadə olunur. Ondan salatlar, mürəbbə, ikra, marinad və müxtəlif yeməklər hazırlanır. Onlardan biri, dadlı yay yeməklərindən olan badımcan qovurmasının reseptini və hazırlanma qaydasını sizinlə paylaşmaq istəyirəm.
Porsiya – 4-5 nəfərlik
1 Hazırdır | Xırda doğranmış soğan yağda qızılı rəng olanadək qovrulur. |
2 Hazırdır 3-4 dəqiqə | Sonra pomidor və xırda doğranmış bibər əlavə edilib soğança ilə birlikdə 3-4 dəqiqə qovrulur. |
3 Hazırdır | Daha sonra isə su və doğranmış badımcan əlavə edilib ağzı qapalı badımcan yumuşalanadək bişirilir (arada duz və lazım olarsa su əlavə edilir). |
4 Hazırdır | Badımcan biraz yumuşaldıqan sonra duz əlavə edilib qarışdırılır və ağzı qapalı badımcan yumuşalanadək bişirilir. |
5 Hazırdır | Servis Üçünİstəyə görə sarımsaqlı qatıq ilə servis edilir. |
6 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil