1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Biskviti Üçün
6 ədəd Yumurta iri
1 stəkan Şəkər Tozu
1/4 stəkan Qaynar Su
1,5 stəkan Un
1-1,5 xörək qaşığı Kakao
1/4 çay qaşığı Duz
1 paket vanil Vanil
1 paket qabartma tozu Qabartma tozu
Biskvitləri İslatmaq Üçün
6 xörək qaşığı Süd hər biskvit üçün 2 xörək qaşığı
Kremi Üçün
250 qram Kərə Yağı
380 qram Qatılaşdırılmış Süd 1 banka
1 ədəd Şokolad
Arası Üçün
3/4 stəkan Damla Şokolad
Qanaj Üçün
300 qram Şokolad
300 qram Qaymaq
Üstünü Bəzəmək Üçün İstifadə Etdiklərim
"Oreo" Peçenye
"Biscolata Stix (pirinç patlaklı)"
Şokolad
Yeməli Qara Muncuq

Şokoladlı Tort

Tərkibi:
    • Porsiya 1
    • Orta

    Ərzaqlar

    • Biskviti Üçün

    • Biskvitləri İslatmaq Üçün

    • Kremi Üçün

    • Arası Üçün

    • Qanaj Üçün

    • Üstünü Bəzəmək Üçün İstifadə Etdiklərim

    Məlumat

    Paylaş

    Şokoladlı şirniyyat sevənlərin çooox sevərək yeyəcəyi bir tort… :)) Mən də şokoladlı şirniyyatları, tortları sevirəm, ancaq normal halda meyvəli tortları şokoladlılara dəyişmirəm :)) Bu tortu şokoladı çox sevən xalam qızının ad günü üçün bişirmişdim, ancaq tək o yox, şokoladı sevən, sevməyən hər kəs çox bəyənərək yedi (içi mən qarışıq). Üstünün bəzəklərini siz istədiyiniz kimi seçə bilərsiniz. Əgər siz də qabarıq görünüş istəsəz, mən öz istifadə etdiklərimin adlarını qeyd etmişəm.

    Diametri – 25 sm, 2 biskvit (hərəsi 2 hissəyə bölünmüş)

    Hazırlanması

    1
    Hazırdır

    Biskvitini Hazırlamaq Üçün

    Yumurta və şəkər tozu birlikdə 8-10 dəqiqə çalınır.

    2
    Hazırdır

    Sonra su əlavə edilib qaşıqla qarışdırılır.

    3
    Hazırdır

    Ayrı bir qabda un, kakao, duz, vanil və qabartma tozu qarışdırılır.

    4
    Hazırdır
    170° C, 15 dəqiqə

    Sonra un olan qarışım digər qarışıma az-az ələnir, qaşıqla yavaş-yavaş qarışdırılır və yağlanmış listə tökülüb əvvəlcədən isidilmiş 170° C sobada içi bişənədək (təxminən 15 dəqiqə) bişirilir.

    5
    Hazırdır

    2-ci biskvit də eyni qaydada hazırlanır.

    6
    Hazırdır
    20 dəqiqə

    Kremini Hazırlamaq Üçün

    Kərə yağı, qatılaşdırılmış süd və buxarda əridilmiş pletka şokolad birlikdə krem halına gələnədək (təxminən 20 dəqiqə) mikserlə çalınır.

    7
    Hazırdır
    1 saat

    Qanaj hazırlamaq üçün qaymaq əvvəlcə biraz isidilir (əl yandımayacaq qədər isti olmalıdır, çox yox) İsindikdə ocağın üzərindən götürülüb pletka şokolad əlavə edilir, əriyənədək qarışdırılır və təxminən 1 saat otaq istiliyində gözlədilir.

    8
    Hazırdır
    3-4 saat

    Tortu Bəzəmək Üçün

    Biskvit bişdikdən 3-4 saat sonra isə tort bəzədilir. Biskvit 3 hissəyə ayrılır, isladılır, kremlənir, damla şokolad əlavə edilir və sonda isə qanaj çəkilib üstü bəzədilir.

    9
    Hazırdır

    Nuş olsun... :)

    Türkan

    Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

    bananli-tort
    əvvəlki
    Bananlı Tort
    damla sokoladli tort
    sonrakı
    Damla Şokoladlı Tort
    bananli-tort
    əvvəlki
    Bananlı Tort
    damla sokoladli tort
    sonrakı
    Damla Şokoladlı Tort

    Şərh | Sual

    Hal-hazırda internetiniz açıq deyil