1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Xəmiri Üçün
5 ədəd Yumurta
1,5 stəkan Şəkər Tozu
1/2 stəkan Süd
1/3 stəkan Duru Yağ istəyə görə
1 paket Vanil
1 paket Qabartma tozu
2,5 stəkandan 2 barmaq artıq Un
2-2,5 ədəd İri Alma
Üstü Üçün
Şəkər Pudrası istəyə görə

Almalı Keks

  • 1 saat
  • Porsiya 1
  • Orta

Ərzaqlar

  • Xəmiri Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Porsiya – 1 list

Qeyd: yumurtanın ağı çalınan qab və mikser ucları qupquru olmalıdır. Yumurtanın ağına az da olsa yumurta sarısı, su və s. qarışmamalıdır, yoxsa qabarmağına mane olacaq.

Hazırlanması

1
Hazırdır

Xəmirini hazırlamaq üçün yumurtanın ağı və sarısı ayrılır (sarısı böyük qaba) Şəkər tozunun yarısı ağının üzərinə, digər yarısı sarısının üzərinə əlavə edilir və əvvəlcə ağı, sonra isə sarısı mikserlə çalınır. Daha sonra ağı sarısının üzərinə əlavə edilib qaşıqla qarışdırılır.

2
Hazırdır

Sonra süd və yağ əlavə edilib qarışdırılır.

3
Hazırdır

Ayrı bir qabda isə un, vanil və qabartma tozu qarışdırılır.

4
Hazırdır

Sonra un olan qarışım digər qarışıma az-az ələnərək qaşıqla qarışdırılır.

5
Hazırdır
170° C, 30-35 dəqiqə

Sonda isə almalar kub şəklində doğranır, qarışdırılır və 175 dərəcə sobada təxminən içi bişənədək (təxminən 35 dəqiqə) nəzarət edilərək bişirilir.

6
Hazırdır

Soyuduqdan sonra üzərinə şəkər pudrası ələnir.

7
Hazırdır

Nuş olsun... :)

8
Hazırdır

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

kartof ve katlet qizartmasi 2
əvvəlki
Kotlet Və Kartof Qızartması
albali murebbesi
sonrakı
Albali Murebbesi
kartof ve katlet qizartmasi 2
əvvəlki
Kotlet Və Kartof Qızartması
albali murebbesi
sonrakı
Albali Murebbesi

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil