1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Şərbəti Üçün
3 stəkan Su
3 stəkan + 2 barmaq Şəkər Tozu
1/2 Limonun Suyu
İçlik Üçün
650 qram Üyüdülmüş Qoz Ləpəsi
650 qram Şəkər Tozu
1 çay qaşığı Üyüdülmüş Hill
Xəmiri Üçün
1,5 stəkan İlıq Süd
1,5 çay qaşığı Şəkər Tozu
1 silə çay qaşığı Maya
3 ədəd Yumurta 2-si bütöv, 1-nin ağı
220 qram Kərə Yağı duru halda, ilıq
1 çimdik Duz
1 paket Vanil
Un təxminən 7 stəkan
Xəmirlərin arasını Yağlamaq Üçün
450 qram Əridilmiş Kərə Yağı
Üstü Üçün
Yumurtanın Sarısı
1 xörək qaşığı Süd
50-55 ədəd Fındıq qabığı soyulmuş
Qida Boyası istəyə görə

Azerbaycan Paxlavası

Tərkibi:
  • fındıqlı
  • qozlu
Mətbəx:
  • Porsiya 1
  • Çətin

Ərzaqlar

  • Şərbəti Üçün

  • İçlik Üçün

  • Xəmiri Üçün

  • Xəmirlərin arasını Yağlamaq Üçün

  • Üstü Üçün

Məlumat

Paylaş

Paxlava – Azərbaycan, Türk, Cənubi Asiya, Orta Şərq və Balkan mətbəxlərində yer almış önəmli bir xəmir şirniyyatıdır. Amma 8 avqust 2013 tarixində AB Komissiyası tərəfindən paxlavanın Türk şirniyyatı olduğu qeyd olunmuşdur. Nazik xəmirlər arasına qoz, fındıq, badam və ya püstə əlavə edilərək hazırlanır. Ümumilikdə şəkər şərbəti ilə hazırlanır. Amma bal şərbəti ilə də hazırlana bilər.

Bu hissəyə qədər qeyd etdiklərim paxlava şirniyyatı haqqında ümumi məlumat idi. İndi isə keçək Azərbaycan paxlavasına…  Azərbaycan paxlavası – milli mətbəximizin və Novruzun ulduz simvoludur. Novruz süfrələri ilə yanaşı, eyni zamanda isə gəlin xonçalarının bəzəyidir.

Bu reseptdə sizinlə yupyumuşaq, ağızda əriyən paxlava resepti paylaşacam.

Novruzunuz mübarək olsun!.. 🙂

 

Qeydlər:

  1. İstəyə görə fındıq və ya badam ləpəsi ilə də hazırlana bilər. Ancaq qoz ləpəsi ilə hazırlanan paxlava daha dadlı olur. İstəsəz, qarışıq ləpə ilə də bişirə bilərsiniz. Ancaq ən dadlısı qoz ləpəsi ilə olandır. Həm dadına görə, həm də fındıq və ya badam ləpəsi ilə hazırlanan, qoz ləpəsi ilə hazırlanana nisbətən daha quru olur.
  2. Paxlava qozunun qabığını təmizləyənlər də var. Mən təmizləmədim. Əgər təmizləmək istəsəz, qozu listə töküb hər tərəfinə yayın və isidilmiş 180° C sobada qabığı çatlayana qədər nəzarət edərək qovurun. Sonra isə çıxardıb rahatlıqla təmizləyin.
  3. İstəyə görə üzərinə çəkilən yumurta sarısının içərisinə biraz qida boyası qata bilərsiniz. Mən sadə, təbii görünüş daha çox sevdiyimə görə, eyni zamanda daha sağlıqlı olmağı baxımından qida boyası istifadə etmədim.

 

Porsiya – 1list – 12 qat, diametri 35 sm

Hazırlanması

1
Hazırdır

Şərbətini Hazırlamaq Üçün

Şəkər tozunun üzərinə su əlavə edilib ocağın üzərinə qoyulur.

2
Hazırdır
15 dəqiqə

Qaynamağa başladıqda limon suyu əlavə edilir, vam odda 15 dəqiqə daha qaynadılıb ocağın üzərindən götürülür.

3
Hazırdır

İçlik Üçün

Ləpə, şəkər tozu və hill qarışdırılır.

4
Hazırdır
5-10 dəqiqə

Xəmirini Hazırlamaq Üçün

Süd, şəkər tozu və maya qarışdırılıb 5-10 dəqiqə gözlədilir.

5
Hazırdır

Sonra əridilmiş ilıq kərə yağı (duru halda), yumurta (2-si bütöv, 1-nin ağı), duz və vanil əlavə edilib qarışdırılır.

6
Hazırdır
10 dəqiqə

Daha sonra isə 4 stəkan un əlavə edilib qarışdırılır. Qalan un isə az-az əlavə edilərək ələ yapışmayan, yumuşaq xəmir yoğrulur və üstü örtülü 10 dəqiqə bir kənarda gözlədilir. (xəmir mayalandırılmayacaq)

7
Hazırdır

Sonda isə xəmirdən 12 ədəd kündə hazırlanır. (10 ədəd bərabər böyüklükdə, 2 ədəd isə digərlərindən 2 qat iri (iri kündələrin biri altı, biri üstü üçün))

8
Hazırdır

Xəmirlərin Arasını Yağlamaq Üçün

Kərə yağı vam odda əridilir.

9
Hazırdır

Sobaya Vermək Üçün

İri kündələrdən biri list böyüklükdə yayılır və yağlanmış listə qoyulur, üzərinə fırça ilə 2-3 xörək qaşığı əridilmiş kərə yağı çəkilir, 3-4 xörək qaşığı ləpə tökülüb hər tərəfinə yaxşıca yayılır. (ilk xəmirdən etibarən listin kənarına çıxan artıq xəmiri səliqəli bir şəkildə kəsin ki, üst-üstə yığılıb paxlavanın şəklini pozmasın.)

10
Hazırdır

Sonra 10 ədəd balaca kündələrdən 9-u nazik yayılıb eyni qaydada davam edilir. (xəmir/yağ/ləpə sırası ilə)

11
Hazırdır

Sonda qalan 1 ədəd balaca kündə yayılıb üzərinə saldıqdan sonra isə yağlanır, ancaq ləpə tökülmür.

12
Hazırdır

Ən son iri kündəni yayıb yağlanmış xəmirin üzərinə salqdıqdan sonra isə artıq hissələri bıçaq isə səliqəyə salınır, iti bir bıçaqla səliqəli kəsilir.

13
Hazırdır

Sonda isə yumurta sarısı, süd və istəyə görə qida boyası qarışdırılıb fırça ilə paxlavaların üzərinə çəkilir, ortasına fındıqları yarıdan çox batırılır və əvvəlcədən isidilmiş 180° C sobada bişməyə qoyulur.

14
Hazırdır
40-45 dəqiqə

15 dəqiqə bişdikdən sonra sobadan çıxarıb kəsiklərinn üstündən bir daha bıçaq çəkilir, arasını yağlamaq üçün istifadə edilən yağın qalanı aralarına tökülür və təkrar sobaya qoyulub içi bişib üzü qızaranadək (təxminən 40-45 dəqiqə daha) nəzarət edilərək bişirilir.

15
Hazırdır

Sobadan çıxaran kimi isə qaynar paxlavanın üzərinə soyuq şərbətin hamısı gəzdirilir.

16
Hazırdır

Paxlava bütün şirəni canına çəkdikdən sonra isə servis edə bilərsiniz.

17
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

sekerbura
əvvəlki
Şəkərbura
gobelek dolmasi
sonrakı
Tərəvəzli Göbələk Dolması
sekerbura
əvvəlki
Şəkərbura
gobelek dolmasi
sonrakı
Tərəvəzli Göbələk Dolması

6 Şərh Göstər / Bağla

Salam,

Reseptin açıqlamasında da qeyd etdiyim kimi; bu resept ilə hazırlanan paxlava, ağızda əriyən, yumuşaq paxlava olur. Mən bu cür, yupyumuşaq sevdiyimə görə bu reseptlə hazırlayıram. Siz ağız dadınıza uyğun olaraq şərbətini və ya yağını bir az az istifadə edə bilərsiniz.

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here