Ərzaqlar
İçlik Üçün
- 300 qram Üyüdülmüş Qoz Ləpəsi
- 1 stəkan Şəkər Tozu
- 1 çay qaşığı Üyüdülmüş Hill
Xəmiri Üçün
- 1/2 stəkan İlıq Süd
- 1 çay qaşığı Şəkər Tozu
- 1/2 çay qaşığı Maya
- 150 qram Kərə Yağı
- 3 xörək qaşığı Xama
- 1 ədəd Yumurta
- 1 çimdik Duz
- 1 paket Vanil
- 3,5 stəkan Un
Məlumat
Şəkərbura – milli mətbəximizin ən məşhur şirniyyatlarından biridir. Novruz süfrələrinin və eyni zamanda gəlin xonçalarının bəzəyidir. İlk dəfə hazırlayanlar üçün hazırlanması biraz çətin olacaq. Çünki kənarının bəzəyi üçün videolara baxmağınız kifayət etməyəcək, özünüz bəzədikcə əliniz öyrəşməlidir. Amma xəmiri mütləq orta bərklikdə olmalıdır, yumşaq deyil. Yumşaq xəmir hazırlasaz, bütün bəzəkləri xarab olacaq. Mən qoz ləpəsi ilə hazırladım, siz istəyə görə badam və ya fındıq ləpəsi ilə də hazırlaya bilərsiniz.
Porsiya – 24 ədəd
Hazırlanması
1 Hazırdır | İçliyini Hazırlamaq ÜçünLəpə, hill və şəkər tozunu qarışdırırıq. |
2 Hazırdır | Xəmirini Hazırlamaq ÜçünƏvvəlcə kərə yağını əridib qoyuruq ilınsın. |
3 Hazırdır 5 dəqiqə | Ayrı bir qabda süd, şəkər tozu və mayanı qarışdırıb 5 dəqiqə gözləyirik. (Xəmiri mayalandırmayacağıq.) |
4 Hazırdır | Sonra ilınmış kərə yağı, xama, yumurta, duz və vanili əlavə edib qarışdırırıq. |
5 Hazırdır | Sonda isə unu əlavə edirik (2,5 stəkanı bir tökün, qalan 1 stəkanı az-az əlavə edin) və orta bərklikdə bir xəmir yoğururuq. |
6 Hazırdır | |
7 Hazırdır 10-15 dəqiqə | Sonra xəmirin üzərinə streç çəkib 10-15 dəqiqə gözləyirik. |
8 Hazırdır | Şəkərburaları Hazırlamaq Üçün |
9 Hazırdır | |
10 Hazırdır | Kənarının bəzəyi üçün altdan yuxarı doğru 2 barmağımızla möhkəm basaraq qatlayırıq. |
11 Hazırdır 150° C, 20 dəqiqə | Sonda isə üstünün bəzəklərini vururuq (bəzəkləri dərin vurun ki, bişdikdə itməsinlər), listə düzüb 10 dəqiqə gözləyirik (naxışların itməməyi üçün gözləmək lazımdır) və əvvəlcədən isidilmiş 150° C sobada təxminən 20 dəqiqə nəzarət edərək bişiririk. (nəzarətli bişirin ki, üstü qızarmasın.) |
12 Hazırdır | Nuş olsun... :) |











