1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
İçlik Üçün
2 stəkan Üyüdülmüş Qoz Ləpəsi istəyə görə fındıq və ya badam ləpəsi
2 stəkan Şəkər Tozu
1 çay qaşığı Üyüdülmüş Hill
Xəmiri Üçün
200 qram Kərə Yağı otaq istiliyində yumuşalmış
2 ədəd Yumurta ikisinin ağı, birinin sarısı
1 stəkan Qatıq
1 xörək qaşığı Şəkər Tozu istəyə görə
1/2 çay qaşığı Çay Sodası
1 çimdik Duz
1 paket Vanil
Un təxminən 5-6 stəkan
Kətələrin Üstü Üçün
1 ədəd Yumurtanın Sarısı
1 çay qaşığı Duru Yağ
Fındıq kətənin sayısı qədər
Siqaretlərin Üstü Üçün
Şəkər Pudrası

Qozlu Kete ve Siqaret

Tərkibi:
  • fındıqlı
  • qozlu
Mətbəx:

Milli mətbəximizin və Novruz süfrələrinin bəzəyi...

  • Porsiya 18
  • Çətin

Ərzaqlar

  • İçlik Üçün

  • Xəmiri Üçün

  • Kətələrin Üstü Üçün

  • Siqaretlərin Üstü Üçün

Məlumat

Paylaş

Novruz süfrələrinin bəzəyi olan qozlu kətə və siqaret milli mətbəximizin ən sevilən şirniyyatlarından biridir. Ləpəli kətə və siqareti mən eyni resept ilə hazırlayıram, sadəcə üstləri bir az fərqlidir. Ancaq eyni resept olmağına baxmayaraq, dadlarında fərqlilik var. Yazdığım ətraflı resept ilə sadəcə kətə və ya sadəcə siqaret bişirə bilərsiniz. Hazırlanması bir qədər yorucudur, ancaq dəyər… 🙂

 

Porsiya – 18-20 ədəd  

 

Qeydlər:

  1. İstəyə görə qoz, fındıq və ya badam ləpəsi ilə hazırlaya bilərsiniz. İstəsəz, qarışıq ləpə ilə də bişirə bilərsiniz. Ancaq ən dadlısı qoz ləpəsi ilə olandır. Həm dadına görə, həm də fındıq və ya badam ləpəsi ilə hazırlanan, qoz ləpəsi ilə hazırlanana nisbətən daha quru olur.
  2. Hazırlanma qaydasında xəmirdən 4 kündə hazırlamaq yazmışam. ancaq xəmir yaymaq mövzusunda çətinlik çəkən biri deyilsinizsə, 2 kündə hazırlayıb birini kətə üçün iri yayın, digərini isə siqaret üçün iri yayın. İlk dəfə hazırlayanlara 4 kündə etmək məsləhətdir.

 

 

Hazırlanması

1
Hazırdır

İçliyini Hazırlamaq Üçün

Ləpə və şəkər tozu qarışdırılır.

2
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

3 stəkan un və otaq istiliyində əridilmiş kərə yağı yoğrularaq yaxşıca qarışdırılır.

3
Hazırdır

Sonra 1 ədəd yumurtanı bütöv, digər yumurtanın isə ağı əlavə edilir (sarısı üzərinə çəkiləcək).

4
Hazırdır

Daha sonra çay sodası ilə qarışdırılmış qatıq, şəkər tozu, duz və vanil əlavə edib yoğurmağa davam edilir.

5
Hazırdır
5-10 dəqiqə

Sonra qalan un az-az əlavə edilərək ələ yapışmayan, yumşaq xəmir yoğrulur (xəmiri sərt bir şəkildə yoğurmayın) və üstü qapalı 5-10 dəqiqə gözlədilir (xəmir mayalandırılmayacaq).

6
Hazırdır

Sonda isə xəmirdən 4 bərabər kündə hazırlanır.

7
Hazırdır

Kətəni Hazırlamaq Üçün

Kündənin altı və üstü unlanıb yayılır (yapışdıqca biraz unlayın. Ancaq normaldan artıq un vursaz xəmir sərt olacaq və beləliklə, kətələr də yumuşaqlığını itirəcək. Yayılan xəmir isə nə çox sərt, nə də çox nazik olmamalıdır).

8
Hazırdır

Sonra yayılan xəmirin üzərinə təxminən 2 xörək qaşığı içlik əlavə edilib hər tərəfinə bərabər bir şəkildə yayılır.

9
Hazırdır

Daha sonra rulet şəklində bükülür (xəmirin bir ucu ilə digər ucunun birləşdiyi hissəni barmaq ucunuzla möhkəm birləşdirin ki, açılmasın).

10
Hazırdır
170° C

Sonda isə şəkilli bıçaq ilə kənarlarının səliqəsiz hissəsi nazik kəsilir, qalan hissə isə 4-5 hissəyə bölünür, kətələrin üzərinə yağ qatılmış yumurta sarısı çəkilir, ortasına fındıq batırılır (fındığı yarısından biraz çox batırın, bişdikcə biraz çıxacaq) və əvvəlcədən isidilmiş 170° C sobada əvvəlcə altda, sonra isə üstdə üzəri qızaranadək bişirilir.

11
Hazırdır
170°

Siqareti Hazırlamaq Üçün

Yayılan xəmir “+” şəklində 4 hissəyə bölünür, hər birinin qalın hissəsinə içlik qoyulub siqaret şəklində bükülür və əvvəlcədən isidilmiş 170° C sobada əvvəlcə altda, sonra isə üstdə bişirilir (üstünü ağ saxlayın, kətə kimi qızarmamalıdır).

12
Hazırdır

Biraz soyuduqdan sonra isə üzərlərinə balaca ələk ilə şəkər pudrası səpilir.

13
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

badambura
əvvəlki
Badambura
sekerbura
sonrakı
Şəkərbura
badambura
əvvəlki
Badambura
sekerbura
sonrakı
Şəkərbura

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil