1 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
İçlik Üçün
200 qram Üyüdülmüş Badam
200 qram Şəkər Tozu
1 çay qaşığı Üyüdülmüş Hill
Xəmiri Üçün
1 stəkan İlıq Süd
1 çay qaşığı Maya
1 xörək qaşığı Şəkər Tozu
1 ədəd Yumurta
3 dolu xörək qaşığı Qatıq və ya Xama
100 qram Kərə Yağı duru halda
1 xörək qaşığı Sirkə alma və ya üzüm sirkəsi
1 çimdik Duz
Xımirlərin Arasını Yağlamaq Üçün
200 qram Kərə Yağı

Badambura

Mətbəx:

Milli mətbəximizin və Novruz süfrələrinin bəzəyi...

  • Porsiya 16
  • Çətin

Ərzaqlar

  • İçlik Üçün

  • Xəmiri Üçün

  • Xımirlərin Arasını Yağlamaq Üçün

Məlumat

Paylaş

Badambura (badamlı borucuq) – milli mətbəximizin ən məşhur  şirniyyatlarından biridir. Novruz süfrələriningəlin xonçalarının bəzəyidir. Hazırlanma qaydası biraz yurucudur. Novruz şirniyyatlarından olan paxlava, şəkərbura, kətə/siqaret ve s. hazırlamaq badambura hazırlamaqdan daha sadədir. Amma əlimdən gəldiyi qədər ətraflı izah etdim, mərhələlərin şəkillərini yerləşdirdim ki, çox asanlıqla hazırlaya biləsiniz.

Porsiya – 16 ədəd

Hazırlanması

1
Hazırdır

İçliyini Hazırlamaq Üçün

Ləpə, şəkər tozu və hill qarışdırılır.

2
Hazırdır

Xəmirini Hazırlamaq Üçün

Əvvəlcə kərə yağı vam odda əridilib ilınmağı üçün hazır qoyulur.

3
Hazırdır
5-10 dəqiqə

Sonra süd, maya və şəkər tozu qarışdırılıb 5-10 dəqiqə gözlədilir.

4
Hazırdır

Sonra yumurta, qatıq (və ya xama), ilınmış kərə yağı, sirkə və duz əlavə edilib qarışdırılır.

5
Hazırdır

Daha sonra 3 stəkan un əlavə edilib qarışdırılır.

6
Hazırdır
5-10 dəqiqə

Sonra qalan un az-az əlavə edilərək ələ yapışmayan, yumşaq xəmir yoğrulur. Üstü örtülü 5-10 dəqiqə gözlədilir (xəmir mayalandırılmayacaq).

7
Hazırdır

Sonda isə xəmirdən 6 bərabər kündə hazırlanır.

8
Hazırdır

Xəmirlərin Arasını Yağlamaq Üçün

Kərə yağı vam odda əridilib hazır qoyulur.

9
Hazırdır

Badamburaları Hazırlamaq Üçün

Kündələrin hamısı eyni böyüklükdə yayılır (mümkün qədər nazik yayılmalıdır).

10
Hazırdır

Sonra bütün yuxaların arasına təxminən 3 xörək qaşığı kərə yağı əlavə edib fırça ilə yağlanaraq üst-üstə qoyulur və kənarının səliqəsiz hissələri bıçaqla nazik kəsilib səliqəyə salınır.

11
Hazırdır

Son qat xəmiri də yağladıqdan sonra rulet şəklində mümkün qədər sıx bükülür və 16 bərabər hissəyə bölünür. (2 barmaq qalınlıqda)

12
Hazırdır

Sonra hər birinin kənarındakı çıxıntılı hissələr ortasına birləşdirilib ortası açılır, içərisinə 2 çay qaşığı içlik qoyulub bağlanır. (möhkəm birləşdirin ki, açılmasın)

13
Hazırdır
30 dəqiqə

Əvvəlcədən isidilmiş 170° C sobada içi bişib altı qızaranadək (təxminən 30 dəqiqə) nəzarət edilərək bişirilir. (üstü ağ qalmalıdır)

14
Hazırdır
15 dəqiqə

Servis Etmək Üçün

Bişdikdən 15 dəqiqə sonra isə balaca ələk ilə üzərlərinə şəkər pudrası səpilib servis edilir.

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

əvvəlki
Qaralı Plov
qozlu kete siqaret
sonrakı
Qozlu Kete ve Siqaret
əvvəlki
Qaralı Plov
qozlu kete siqaret
sonrakı
Qozlu Kete ve Siqaret

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here