0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
Plov Üçün
0,5 kq Uzun Düyü
3 lt Su
1 xörək qaşığı Duz
Qazmaq Və Düyünü Dəmə Qoymaq Üçün
7-8 xörək qaşığı Əridilmiş Kərə Yağı
2 ədəd Yumurta
3 xörək qaşığı Qatıq
1/4 çay qaşığı Duz
4 xörək qaşığı Süzülmüş Düyü
1/4 çay qaşığı Zəfəran
2-3 çimdik Zirə
2-3 çimdik Darçın
Qarası Üçün
1 kq Qoyun Əti
350-400 qram Şabalıd
150-200 qram Kişmiş
150-200 qram Albuxara
150-200 qram Qaysı
2 kq Soğan
Limon Duzu
Duz
Sarıkök
Kərə Yağı

Qaralı Plov

Mətbəx:
  • 2-2,5 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

  • Plov Üçün

  • Qazmaq Və Düyünü Dəmə Qoymaq Üçün

  • Qarası Üçün

Məlumat

Paylaş

Qaralı plov – milli mətbəximizin xörəyidir. Azərbaycan mətbəxində plovlar içərisində ən çox bişirilən növüdür. Bayram süfrələrinin bəzəyidir. Soğanını az istifadə edənlər də var, amma mənə görə soğanı nə qədər çox olsa, o qədər dadlı olur. Ona görə də mən soğanını çox istifadə edirəm.

Porsiya4-5 nəfərlik

Qeyd: plovun qarasını axşamdan bişirib hazır qoysanız, daha dadlı olar. Amma vaxtınız yoxdursa, azı 2 saat gözlədin ki, dadı qarışsın.

Hazırlanması

1
Hazırdır
2-3 dəqiqə

Plovu Bişirmək Üçün

Qaynamaqda olan 3 lt suya duz əlavə edilir, 2-3 dəqiqə sonra isə uzun düyü əlavə edilir.

2
Hazırdır

Düyü yumşaldıqda süzülür. (Tam bişməsin, çünki dəmdə də bişəcək.)

3
Hazırdır
10-15 dəqiqə

Zəfəranı Dəmləmək Üçün

1 stəkan qaynar suya zəfəran əlavə edilib 10-15 dəqiqə gözlədilir.

4
Hazırdır

Qazmaq və Düyünü Dəmə Qoymaq Üçün

3 xörək qaşığı kərə yağı qızdırılır.

5
Hazırdır

Yumurta, qatıq, duz və düyü qarışdırılıb qızdırılmış yağa əlavə edilir və qazanın dibinə yayılıb qızardılır.

6
Hazırdır

Qızardıqdan sonra üzərinə süzülmüş düyünün yarısı əlavə edilir, 3 xörək qaşığı əridilmiş kərə yağı gəzdirilir və biraz zəfəran səpilir.
Sonra düyünün qalan yarısı əlavə edilib üzərinə qalan kərə yağı gəzdirilir və zəfəran, zirə, darçın səpilir.

7
Hazırdır
40-50 dəqiqə

Sonda isə qazanın ağzına süfrə salınıb 40-50 dəqiqə dəmdə gözlədilir.

8
Hazırdır

Qarasını Bişirmək Üçün

Ət suda bişirilir.

9
Hazırdır

Soğan nazik, uzun doğranıb qızılı rəng olanadək qovrulur (sona yaxın duz əlavə edilir).

10
Hazırdır

Şabalıdın qabığının yuxarı hissəsi biraz kəsilib suda bişirilir (çox bişirməyin).
Soyuduqdan sonra isə ehtiyyatla qabıqdan təmizlənir.

11
Hazırdır

Soyulmuş şabalıd, kişmiş, albuxara və qaysı təxminən 1-2 xörək qaşığı əridilmiş kərə yağında ayrı-ayrı, hərəsi 5 dəqiqə qarışdıraraq qovrulur (rəngi dəyişmədən ocağın üzərindən götürün).

12
Hazırdır

Sonra iri bir tavanın dibinə ət düzülür, üzərinə şabalıd, albuxara, qaysı kişmiş düzülür, üzərinə isə soğança düzülüb bir neçə yerdən deşiklər açılır.

13
Hazırdır

Sonda isə 1/2 stəkan ət suyunun içərisinə duz, istiot, sarıkök və limon duzu əlavə edilib aşılan deşiklərə tökülür. İsidərkən içindəki ət suyu ilə isidilir.

14
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

damla sokoladli tort
əvvəlki
Damla Şokoladlı Tort
badambura
sonrakı
Badambura
damla sokoladli tort
əvvəlki
Damla Şokoladlı Tort
badambura
sonrakı
Badambura

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here