0 0

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
2 ədəd İri Soğan
4 dolu xörək qaşığı Əridilmiş Kərə Yağı
1 ədəd Çuğundur brakı
2 ədəd Kök
2 ədəd Pomidor və ya 1 desert qaşığı pomidor tomatı
1,5 lt Su varsa ət suyu
1/2 Kələm
3 ədəd Kartof
3-4 ədəd İri Dəfnə Yarpağı
1 silə çay qaşığı Duz təxmini
1/2 silə çay qaşığı Qırmızı İstiot
1/4 çay qaşığı Sarıkök
1/4 dəstə Şüyüd
1/4 dəstə Petruşka
1/4 dəstə Keşniş

Borş

Mətbəx:
  • 1,5 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Rus mətbəxinin ən dadlı və ən faydalı yeməklərindən biri, payız və qış fəsillərində mətbəximizdə ən çox hazırlanan sulu yeməklərdən biri Borşdur. Vitaminlərlə zəngin olan bu yemək təzə bişirildikdə çox faydalı olsa da, bəziləri boyat borşa daha çox üstünlük verir. Bu zaman ona sarımsaqlı qatıq əlavə etdikdə, Borş daha ləzzətli olur. Borşa bəzən Kələm Şorbası da deyilir.

Porsiya – 4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır

Soğan xırda doğranıb yağda qızılı rəng olanadək qovrulur.

2
Hazırdır
5-10 dəqiq

Kök və pazı xırda-xırda doğranıb soğança ilə birlikdə 5-10 dəqiqə qovrulur.

3
Hazırdır
2-3 dəqiqə

Sonra pomidor (və ya pomidor tomatı) əlavə edilib 2-3 dəqiqə daha qovrulur.

4
Hazırdır

Daha sonra su (və ya ət suyu) əlavə edilib qapağı örtülür.

5
Hazırdır

Su qaynamağa başladıqda doğranıb yuyulmuş kələm əlavə edilir.

6
Hazırdır

Sonra kub şəklində doğranmış kartoflar, duz, dəfnə yarpağı, istiot və sarıkök əlavə edilir və kartof yumuşalanadək bişirilir.

7
Hazırdır
2-3 dəqiqə

Ocağın üzərindən götürməmişdən 2-3 dəqiqə öncə yuyulub xırda doğranmış göyərti əlavə edilir.

8
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

solyanka
əvvəlki
Solyanka
dovga yandan
sonrakı
Dovğa
solyanka
əvvəlki
Solyanka
dovga yandan
sonrakı
Dovğa

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil

Site is using a trial version of the theme. Please enter your purchase code in theme settings to activate it or purchase this wordpress theme here