0 0
Solyanka

Sosial şəbəkələrdə paylaş:

Və ya bu linki kopyalayıb paylaşa bilərsiniz

Ərzaqlar

Porsiya seç:
4 ədəd Soğan
1/2 stəkan Əridilmiş Kərə Yağı
0,5 kq Kələm
300 qram Göbələk
3 ədəd İri Kök
2-3 ədəd Şirin Bibər
3-4 ədəd Pomidor
1 dolu xörək qaşığı Pomidor Tomatı
1 çay qaşığı Duz təxmini
Qırmızı İstiot
Sarıkök

Solyanka

Mətbəx:
  • 1 saat
  • Porsiya 4
  • Orta

Ərzaqlar

Məlumat

Paylaş

Məşhur rus yeməyi olan Solyankanı ətlə, balıqla, göbələklə (yaxud onların bulyonları ilə) hazırlayırlar. Bu zaman istifadə olunan tərəvəzlərin çeşidlərini hər kəs istədiyi kimi seçə bilər. Ona görə Solyankanın çoxlu növləri mövcuddur. Qış mövsümündə duza qoyulmuş tərəvəzlərdən də geniş istifadə edilir. Duru və quru şəkildə hazırlana bilər. Mən isə sizinlə quru Solyankanın reseptini paylaşıram.

Porsiya – 4-5 nəfərlik

Hazırlanması

1
Hazırdır
10-15 dəqiqə

Soğan iri kub şəklində doğranıb yağda 10-15 dəqiqə (yüngül qızılı rəng olanadək) qovrulur.

2
Hazırdır
10-15 dəqiqə

Sonra yuyulub kub şəklində doğranmış kök, bibər, göbələk, pomidor və tomat əlavə edilib 10-15 dəqiqə soğanla birlikdə qovrulur.

3
Hazırdır

Daha sonra biraz uzun şəkildə doğranıb yuyulmuş kələm əlavə edilib qarışdırılır və ağzı qapalı kələm yumuşalanadək bişirilir (bişməyinə 10 dəqiqə qalmış duz, istiot və sarıkök əlavə edilir)

4
Hazırdır

Nuş olsun... :)

Türkan

Müəllif və Redaktor - Qida bloqeri - Bişirən/hazırlayan, fotolarını çəkən. Eyni zamanda şahmat müəlliməsi və TSPX (Təhsildə Sosial Psixoloji Xidmət) məzunu.

vineqret
əvvəlki
Vineqret
bors yaxindan
sonrakı
Borş
vineqret
əvvəlki
Vineqret
bors yaxindan
sonrakı
Borş

Şərh | Sual

Hal-hazırda internetiniz açıq deyil