



Qeyd: qarışdırmağa az da olsa ara verməyin. Həm ara vermədən, həm də tez-tez qarışdırılmalıdır. Əks halda dovğa çürüyə bilər.
Qeyd 2: içərisinə əlavə edilən düyü və noxudun çox soyuq olmamağına diqqət edin. İlıq və ya isti olmalıdır.
Qeyd 3: ocağın üzərindən götürdükdən sonra soyuyana qədər içinə su düşməməyinə diqqət edin, yoxsa çürüyə bilər.
Porsiya – 3 kq
1 Hazırdır | Əvvəlcə göyərti xırda- xırda doğranır (ispanaq ayrı bir qaba) |
2 Hazırdır | Sonra isə doğranmış göyərti yuyulub aşsüzənə yığılır və suyunun süzülməyi üçün biraz gözlədilir. |
3 Hazırdır | Daha sonra balaca bir qazanda düyünün üstünə çıxacaq qədər su doldurulur və 1/2 çay qaşığı duz əlavə edilib yumuşalanadək bişirilir. |
4 Hazırdır 2 saat | Ayrı bir qabda isə noxudun üstünə çıxacaq qədər su doldurulur və 1/2 çay qaşığı duz əlavə edilib yumuşalanadək bişirilir. Bişdikdən sonra isə qabıqları çıxarılır (noxud bişməmişdən əvvəl təxminən 2 saat suda saxlanılır. Sonra isə suyu dəyişdirilib bişməyə qoyulur) |
5 Hazırdır | Daha sonra qatığın içinə yumurta qırılır və un əlavə edilib hamısı yaxşıca dağılanadək qarışdılıb ocağın üzərinə qoyulur. |
6 Hazırdır 7-8 dəqiqə | Təxminən 7-8 dəqiqə dayanmadan qarışdıraraq bişirdikdən sonra qarışdırmağa ara vermədən ispanaq əlavə edilir. |
7 Hazırdır 2-3 dəqiqə | İspanaqdan 2-3 dəqiqə sonra digər göylər əlavə edilib qarışdırmağa davam edilir. |
8 Hazırdır 3-4 dəqiqə | 4-5 dəqiqə daha qarışdırdıqdan sonra düyü və noxud əlavə edilib 3-4 dəqiqə daha qarışdırılır. |
9 Hazırdır | Sonra ocağın üzərindən götürülüb 2-3 dəqiqə daha qarışdırdırılır. |
10 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil
2 Şərh Göstər / Bağla
Yanlışınız var. Noxuda duz atanda bişmir.!
Salam,
Noxud yumşaldıqdan sonra duz tökə bilərsiniz.