







| 2 ədəd Soğan | |
| 2-3 xörək qaşığı Əridilmiş Kərə Yağı | |
| 250-300 qram Göbələk | |
| 1 stəkan Düyü | |
| 3 ədəd Kartof | |
| 1/4 çay qaşığı Qırmızı İstiot | |
| 1 çay qaşığı Duz | |
| Göbələyin Suyu |
Slavyan mətbəxinə aid olan bu şorbanın ölkəmizdə də çoxlu həvəskarları var. Təbii yetişmiş göbələklərin sağlamlıq üçün təhlükələrinin qarşısını almaq məqsədi ilə onun əvvəlcə suda 10-15 dəqiqə qaynadılması məsləhət görülür. Bir çoxları şorbanın rənginin biraz tünd olmağından narahat olduqları üçün göbələyin suyunu süzüb əvəzinzə başqa qaynar su əlavə edirlər, ancaq sözsüz ki, göbələyin öz suyu ilə hazırlanan şorba ilə eyni ləzzətdə olmur. Göbələyin dadı hopmuş bulyonu istifadə etməyin ən sərfəli yolu ondan çox ləzzətli göbələk şorbası hazırlamaqdır.
Porsiya – 4-5 nəfərlik
1 Hazırdır 10-15 dəqiqə | Əvvəlcə bir qazanda göbələyin üstünə çıxacaq qədər su doldurulub bişməyə qoyulur. Qaynamağa başladıqdan sonra 10-15 dəqiqə bişirilir. |
2 Hazırdır | Bişdikdən sonra göbələkləyin suyu süzülür, göbələklər isə xırda-xırda doğranıb hazır qoyulur. |
3 Hazırdır | Ayrı bir qazanda soğan yağda qızılı rəng olanadək qovrulur. |
4 Hazırdır 5-6 dəqiqə | Sonra doğranan göbələk əlavə edilib soğança ilə bir yerdə 5-6 dəqiqə qovrulur. |
5 Hazırdır | Daha sonra göbələyin suyu əlavə edilib qapağı örtülür. |
6 Hazırdır 10 dəqiqə | Su qaynamağa başladıqda düyü, 10 dəqiqə sonra isə kartof, duz və istiot əlavə edilib kartof yumuşalanadək bişirilir. |
7 Hazırdır | Nuş olsun... :) |
Hal-hazırda internetiniz açıq deyil